Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-840/2020 20.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızına qarşı Müəyyən edilmiş alimentin ödənilməsinə xitam verilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızına qarşı iddia qaldıraraq onun cavabdeh Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının xeyrinə birgə nikahdan xx.xx.2006-cı ildə doğulmuş X10 və xx.xx.2009-cu ildə doğulmuş X1 üçün məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, o, cavabdeh Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızı ilə xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Ər-arvad münasibətlərindən xx.xx.2006-cı ildə Murad və xx.xx.2009-cu ildə Təvəssüm adlı uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Şabran rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, iki uşağın saxlanılması üçün ayda 136 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Uşaqlardan Murad 2018-ci ilin fevral ayında, Təbəssüm isə həmin ilin oktyabr ayından anasının razılığı ilə onun yanına qayıtmış, hazırda onun yanında yaşamaqla 2 nömrəli tam orta məktəbdə təhsil alırlar. xx xxxxxx 2006-cı ildə doğulmuş Muradın onun yanında qalması Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə və xx xxx 2009-cu ildə doğulmuş Təbəssümün isə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Məhkəmənin qətnaməsi üzrə tərəfindən aliment ödənilən hər iki uşağın onun himayəsində qalmaqla yaşamasını və bu barədə məhkəmə qətnaməsinin olmasını nəzərə alaraq müəyyən edilmiş alimentin ödənilməsinə xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Xahiş edir, onun cavabdeh Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının xeyrinə birgə nikahdan xx.xx.2006-cı ildə doğulmuş X10 və xx.xx.2009-cu ildə doğulmuş X1 üçün məhkəmənin xx xxxxxx 2017ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən xx.xx.2009-cu il təvəllüdlü X8 bildirdi ki, Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızı ilə İddiaçı onun valideynləridir. Onların xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Valideynləri ayrıldıqdan sonra o, anasının yanında qalmış, bir müddət anasının yanında yaşadıqdan sonra anasının razılığı ilə 2018-ci ilin oktyabr ayında atasının yanına qayıtmışdır. Həmin vaxtdan da atasının yanında yaşayır. Şabran şəhəri, Roman Yusifov adına 2 nömrəli tam orta məktəbdə təhsil alır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 və X13 bildirdilər ki, İddiaçı onlarla qonşuluqda yaşayır. Həqiqətən xx.xx.2006-cı il təvəllüdlü X14 xx.xx.2018-ci ildə anası Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının öz razılığı ilə atası İddiaçı yanında qayıdıb və həmin ilin isə oktyabr ayında xx.xx.2009-cu il təvəllüdlü X9 anası Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının öz razılığı ilə atasının yanına qayıtmış, hazırda atası İddiaçı yanında yaşayırlar və Şabran şəhər R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəbdə öz təhsillərini davam etdirirlər. İşə əlavə edilmiş 082433 saylı Vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşə əlavə edilmiş AZ-İ seriyalı 262906 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış rəsmi nikahları xx xxxxxxx 2017-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 349453 saylı və AZ-İ seriyalı 845309 saylı doğum haqqında şəhadətamələrdən görünür ki, İddiaçı ilə X5 ər-arvad münasibətlərindən xx.xx.2006-cı ildə Murad və xx.xx.2009-cu ildə Təbəssüm adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-lisey tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 274 saylı arayışdan görünür ki, X9 həqiqətən 2019/20-ci tədris ilində Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin V sinifini bitirib Vİ sinifə keçmişdir. İşə əlavə edilmiş Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-lisey tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 285 saylı arayışdan görünür ki, X4 şəhər R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəb-liseyin İX sinifində oxuyur. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(031)- 699/2017 saylı qətnaməsindən görünür ki, X5 ilə İddiaçı arasında xx xxxxxxx 2005-ci ildə Şabran rayon QŞ-də bağlanmış 303 saylı nikahları pozulmuş, xx.xx.2006-cı ildə doğulmuş X17, xx.xx.2009-cu ildə doğulmuş X9 iddiaçı X2 yanında qalmış və uşaqların saxlanılması üçün hər uşaq üçün ayda 136 manat sabit pul məbləğində aliment qət edilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(031)- 660/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2006-cı ildə doğulmuş X10 xx xxxxxxx 2018-ci il tarixdən İddiaçı yanında qalması müəyyən edilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(031)- 660/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2006-cı ildə doğulmuş X10 xx xxxxxx 2018-ci il tarixdən İddiaçı yanında qalması müəyyən edilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)- 630/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu ildə doğulmuş X6 2018-ci ilin oktyabr ayından İddiaçı yanında qalması müəyyən edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2006-cı il təvəllüdlü X14xx.xx.2018-ci ildə anası Mirzəyeva (Hüseynova)Şəbnəm Minacəddin qızının öz razılığı ilə atası İddiaçı yanında qayıdıb və həmin ilin isə oktyabr ayında xx.xx.2009-cu il təvəllüdlü X9 anası Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının öz razılığı ilə atasının yanına qayıtmış, hazırda atası İddiaçı yanında yaşayırlar və Şabran şəhər R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəbdə öz təhsillərini davam etdirirlər. Aktın doğruluğunu İddiaçı, Q.Səbiyev, S.Səlimov və L.Aydəmirova öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2.3-cü maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda xitam verilir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının xeyrinə birgə nikahdan xx.xx.2006-cı ildə doğulmuş X10 və xx.xx.2009-cu ildə doğulmuş X1 üçün Şabran rayon məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(031)-699/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinə xx.xx.2020-ci il tarixdən xitam verilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı cavabdeh Mirzəyeva (Hüseynova) Şəbnəm Minacəddin qızının xeyrinə birgə nikahdan xx.xx.2006-cı ildə doğulmuş X10 və xx.xx.2009-cu ildə doğulmuş X1 üçün Şabran rayon məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(031)-699/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin ödənilməsinə xx.xx.2020-ci il tarixdən xitam verilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-840/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-840/2020
20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver