Məhkəmə qərarları › İş №2(031)-854/2020

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-854/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-854/2020 26.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh hər ayda 170 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə İddiaçı ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi barədə iddia qaldırmışdır. Hal-hazırda öz aralarında razılığa gəlmişlər, bu səbəbdən də iddia tələbindən imtina edir. Xahiş edir, ərizəsi nəzərə alınsın və işin icraatına xitam verilsin. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun hüquqi mənafeyinə zidd olmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4. maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4.,262.1., 262.5. maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qətnamədən on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar