Məhkəmə qərarları › İş №2(031)-984/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-984/2023

21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-984/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X16 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğin azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "alimentin məbləğin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi ilə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ondan 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 21 avqust 2018-ci ildə nikaha girmişdir. Rəsmi nikahlarından 23 iyul 2019cu il təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)- 2478/2022 saylı qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(067)-1484/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 170 manat məbləğində sabit pul şəklində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi Xaçmaz rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-2478/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, Xaçmaz rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(067)-1484/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 23 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşma çatana kimi jaxlanması üçün İddiaçı hər ay 193 manat məbləğində sabit pul şəklində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bildirir ki, 3-cü qrup əlildir. Əlilliyə görə xx.xx.2012-ci il tarixdən müddətsiz 150 (bir yüz əlli) manat sosial müavinət alır. Bunu AR-sı ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı X3 xx.xx.2023-cü il tarixli məktubu təsdiq edir. Onun digər bir yerdən qazancı yoxdur. Aldığı 150 manat sosial müavinəti övladına verməyə hazırdır. Səhhətinə görə işləyə bilmir. Dava-dərmanlarını valideynləri alır. Valideynlərinin yanında yaşayır. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi ilə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ondan 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməlidir. Xahiş edir, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi ilə hər ay ödənilməli olan 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ondan 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X5 izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Aygünlü kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Xaçmaz rayonunun Şürşüdoba kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin 1 saylı X2 3-cü qrup əlilliyə görə xx.xx.2012-ci il tarixdən müddətsiz sosial müavinət təyin olunmuşdur. İşə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 1484/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat məbləğində sabit pul şəklində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2( 105)-1041/2023 saylı qətnaməsinin surətindən görünür ki, Xaçmaz rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-2478/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, Xaçmaz rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(067)-1484/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 23 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşma çatana kimi jaxlanması üçün İddiaçı hər ay 193 manat məbləğində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 23 iyul 2019-cu ildə Yusif adlı uşaqları olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsinə əsasən uşağın saxlanması üçün hər ayda 193 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı tərəf səhhəti ilə əlaqədar işləyə bilməməsini, maddi imkanının olmamasını qeyd etsə də, işin faktiki hallarından da göründüyü kimi bunun həqiqətən də belə olması ilə bağlı iddiaçı tərəfdən məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə iclası zamanı iddiaçının söylədikləri kifayət qədər əsaslandırmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin alimentin hazırkı məbləğinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddia tələbində göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, iddiaçının maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Beləliklə, övladının saxlanılmasına kömək etmək İddiaçı üzərinə qanunvericiliklə vəzifə kimi qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 1041/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, İddiaçı bu hüququndan istifadə etməmiş, mövcud olan vəziyyətlə razılaşmışdır. Bununla da, qeyd olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi isə hazırda qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 233.3-ci maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının MPM-nin 233.4-ci maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğin azaldılması" tələbinə dair iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğin azaldılması" tələbinə dair iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar