Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1025/2024 30.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən olunmuş alimentin növünün dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 479/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin növünün dəyişdirilməsi”” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə el adətinə uyğun olaraq toy edib ailə həyatı qurmuşdur. Lakin nikahları 30 avqust 2008-ci ildə rəsmən qeydə alınmışdır. Cavabdehlə ailəli olduğu dövrdə xx.xx.2008-ci il təvəllüdlü X3 adlı 1 uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan Şirvan şəhər məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Nikahları pozularkən birgə nikahdan doğulmuş Gözəl adlı uşağın onun yanında saxlanılması qət olunsa da, lakin uşağın atalıq faktı müəyyən olunmadığından alimentin tutulması tələbi təmin edilməmişdir. Bundan sonra o faktiki nikahdan doğulmuş Gözəl adlı uşağa atalıq faktının müəyyən edilməsi və aliment tələbi barədə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(032)-479/2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay cavabdehin qazancının dörddə bir hissəsi miqdarında, həm də hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin hal-hazırkı şəraitdə qeyd olunan aliment məbləği çox azdır və uşağın təlabatlarını ödəmir. Digər tərəfdən o heç bir yerdə işləmir, əlavə qazancı da yoxdur. Belə bir vəziyyətfə cavabdeh uşağı saxlamaqdan ötrü ona yüksək məbləğdə aliment ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizəsini təqdim edərək iddia tələbinin qismən etiraf etdiyini, xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirdi. Ərizəni təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 479/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 05 iyul 2008-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X2 atası olması faktının müəyyən edilməsi, Cavabdeh 05 iyul 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün həm hər ay qazancının (və ya başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında,həm də hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq uşağın anası X1 verilməsi, alimentin tutulmasını əvvəli məhkəməyə müraciət edildiyi- 26 yanvar 2018-ci il tarixdən tutulması, qalan hissədə iddianın təmin edilməməsi, alimentin tutulması hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnmənin surətindən görünür ki, Cavabdeh 05 iyul 2008-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər.Eyni zamanda sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hazırki iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh qazancından (gəlirindən) müəyyən hissə kimi alimentin tutulmasının mümkün olmaması, çətinlik törətməsi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozması halı müəyyən edildiyindən, habelə cavabdehin iddianı qismən qəbul etməsi, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması sabit pul məbləği ilə əvəz edilməli, bununla da iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-479/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin növü dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1025/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1025/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver