Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-123/2024 17.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-821/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 16 iyun 2020-ci il tarixdən başlayaraq 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər birinə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 dekabr 2006-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, birgə yaşadıqları müddətdə 09 yanvar 2007-ci il tarixdə X6, 13 iyun 2008-ci il tarixdə X4 və 03 iyun 2016-cı il tarixdə X5 adlı üç övladları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq birgə təsərrüfatda yaşaya bilmədiyindən aralarında olan nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(032)-821/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh ilə Şirvan şəhər Qeydiyyat şöbəsində 08 dekabr 2006-cı il tarixdə 643 nömrəli ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 onun yanında qalması müəyyən edilmiş, Cavabdeh 16 iyun 2020-ci il tarixdən başlayaraq 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması qət edilmişdir. Cavabdehdən aliment məbləğinin tutulmaması barədə ərizə ilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Cavabdeh son bir il ərzində qismən də olsa maddi köməklik edib. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o özü çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Hazırda birgə nikah dövründə anadan olmuş övladlarının saxlanması üçün Cavabdeh sabit pul mərbləğində aliment məbləğinin tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də uşağın saxlanılmasında madqi çətinlik çəkir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-821/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ilə Şirvan şəhər Qeydiyyat Şöbəsində 08 dekabr 2006-cı il tarixdə 643 nömrəli ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 onun yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 16 iyun 2020-ci il tarixdən başlayaraq 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə, X4 xx.xx.2008-ci il tarixdə və X5 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdir. İş materiallarında olan AZ-İ 375135 nömrəli xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-821/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan uşaqların ananın himayəsində qalması və Cavabdeh oğlunun qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə X1 və 03 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyşdirilərək hər ay, hər uşağa görə 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)-821/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli 09 yanvar 2007-ci il tarixdə anadan olmuş X3, 13 iyun 2008-ci il tarixdə anadan olmuş X1 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 300 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 3600 manat (300x12=3600) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduduğundan cavabdehdən dövlət mədaxilinə 56 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-821/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 09 yanvar 2007-ci il təvəllüdlü X3, 13 iyun 2008-ci il təvəllüdlü X1 və 03 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 56 (əlli altı) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-123/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-123/2024
17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver