Məhkəmə qərarları › İş №2(032)-128/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-128/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-128/2023 17.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay X5 qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 yanvar 2022-cu il tarixdə X9 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. xx.xx.2022-ci il tarixdə nikahlarına xitam verilmişdir. Birgə nikahdan 28 sentyabr 2022-ci il tarixdə X11 övladı doğulmuşdur. O alimentin müəyyən edilməsi ilə bağlı ilkin olaraq Mediasiya Şurasına müraciət etmişdir. Lakin məhkəmədən kənar qaydada cavabdeh ilə razılığa gəlməyi mümkün olmadığından xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə 00530 nömrəli arayış verilmişdir. Həmin arayış iş materiallarına əlavə edilmişdir. Cavabdeh X9 "xxxx" MMC-nin Hacıqabul rayon filialında işləyir. Onun buna dair məhkəməyə sübut təqdim etməyi mümkün deyil. Ona görə də buna dair həmin müəssisəyə sorğu verilərək cavabdehin əmək haqqı barəsində arayış əldə edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 28 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment alınıb iddiaçıya verilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 və X3 nikahı onların razılığı ilə 04 iyul 2022-ci il tarixdə pozulmuşdur. Nikaha 04 avqust 2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 08 ayının 04 günündə 96 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Salahov” qadına isə “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 28 sentyabr 2022-ci ildə doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli mediasiya prosesinin yekununa dair prtokoldan görünür ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 32.1.3-cü maddəsinə əsasən mediasiya prosesinə xitam verilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli "xxxx"MMC-nin arayışından görünür ki, X9 25 fevral 2021-ci il tarixindən bu günədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (Hacıqabul rayonu, Muğan qəsəbəsindəki təsərrüfatda) Laboratoriya və tərəzi üzrə kiçik mütəxəssis vəzifəsində çalışır və hal-hazırda məcburi tutulmalar daxil olmaqla 772 manat 57 qəpik məbləğində əmək haqqı alır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X9 arasında olan nikah 04 iyul 2022-ci il tarixdə pozulmuşdur. Nikahın pozulması vaxtından tərəflərin 28 sentyabr 2022-ci il tarixdə X8 doğulmuşdur. 28 sentyabr 2022-ci il tarixdə anadan olmuş X8 hal-hazırda iddiaçının yanında yaşayır. Cavabdeh X9 28 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aliment ödəməyə razıdır. Azərbaycan Respublikasının 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment müəyyən edilə bilər. "xxxx"MMC-nin 28 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X9 həqiqətən də 25 fevral 2021-ci il tarixindən bu günədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (Hacıqabul rayonu, Muğan qəsəbəsindəki təsərrüfatda) Laboratoriya və tərəzi üzrə kiçik mütəxəssis vəzifəsində çalışır, hal-hazırda məcburi tutulmalar daxil olmaqla 772 manat 57 qəpik məbləğində əmək haqqı alır. Buna görə də məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 76.1.1 maddəsi ilə müəyyən olunmuş miqdarda, yəni cavabdehin qazancından və başqa gəlirlərindən 1/4 hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh X5 uşağının saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alıb, hesab edir ki, cavabdeh X4 28 noyabr 2022-ci il tarixdən başlayaraq 28 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməli, qətnamə dərhal icra edilməli, bunlada iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 772 manat 57 qəpik x 1 : 4 x 12 ay =2316 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 43 manat 16 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 28 noyabr 2022-ci il tarixdən başlayaraq 28 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh X4 43 manat 16 qəpik dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar