Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1300/2025 23.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, iddiaçının İddiaçı, cavabdeh Şirvan şəhəri 9 saylı orta məktəbin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhəri 9 saylı orta məktəbə qarşı Şirvan- Salyan Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhəri 9 saylı orta məktəbinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri N.Quliyev adına 9 saylı tam orta məktəb tərəfindən ona ödənilməyən hər il üçün 3500- 4000 manat məbləğində pulun tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,Şirvan şəhəri, N. Quliyev adına 9 saylı tam orta məktəbində 2013-cü il tarixdə təsərüffat işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2024-cü il avqust ayına qədər fəaliyyət göstərmişdir. 2013-cü il tarixdən 2017-ci il tarixə qədər tutduğu vəzifənin ştata uyğun olaraq əməkhaqqısını almışdır. Lakin sonradan Salyan rayonu Regional Təhsil Şöbəsi yarandıqdan sonra onun düzgün şəkildə əmək haqqı ödənilməmişdir. Eyni zamanda o 2017-ci il tarixdən 2024cü il tarix ərzində direktorun məzuniyyətdə olduğu dövrlərdə direktor vəzifəsində olan rəsmi əmrləri icra etmişdir. Ona ödənilməyən əmək haqqına görə aidiyyəti qurumlara yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidməti Şirvan-Salyan regional şöbəsinə, Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğuna və Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Salyan Regional Təhsil İdarəsinə müraciət etmişdir. Nəticədə ona direktorun məzuniyyətdə olduğu dövrlərdə vəzifəsini icra etdiyi zamanlarda 3518 manat ödənilməyən əmək haqqı ödənilmişdir. Baxmayaraq ki, 2017-ci il tarixdən 2024-cü il tarixə kimi o təsərüffat işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərməyimə baxmayaraq təsərüffat müdiri kimi əmək haqqı verilmişdir. Daha doğrusu ona təqribən 700 manat əmək haqqı vermək əvəzinə 300-330 manat əmək haqqı hesablanıb verilmişdir. Beləliklə 2017-ci il tarixdən 2024-cü il tarixə qədər olan 7 il müddətində hər il üçün 3500-4000 manat əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, o Şirvan şəhəri 9 saylı orta məktəbdə 2013-cü ildən X12 direktor müavini vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki 2021-ci il tarixdən həmin vəzifə təsərrüfat müdiri vəzifəsi ilə əvəz edilmişdir əmək haqqı üzrə ödənişlər 2017-ci il tarixdən təsərrüfat müdiri vəzifəsi üzrə ödənilmişdir. Halbuki o vaxta kimi sözügedən məktəbdə təsərrüfat müdiri vəzifəsi üzrə ştat olmamışdır. Məhkəmə iclasında Şirvan şəhəri 9 saylı orta məktəbin nümayəndəsi Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edib izahat verərək bildirdi ki, İddiaçı iddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki iddiaçı iddia tələbində cavabdeh qismində onu göstərməkdə düzgün etməmişdir. O iddiaya cavab verməli olmayan şəxsdir. Həmçinin iddiaçı iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa da riayət etməmişdir. Bundan başqa iddiaçı iddia tələbində göstərmişdir ki, Şirvan şəhəri, Nofəl Quliyev adina 9 nömrəli tam orta məktəbinə 2013-cü il tarixdə təsərüffat işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş və 2024-cü il avqust ayına gədər fəaliyyət göstərmişdir. 2013-cü il tarixdən 2017-ci il tarixə qədər tutduğu vəzifənin ştata uyğun olaraq əmək haqqı almışdır. Lakin sonradan Şirvan- Salyan Regional Təhsil İdarəsi yarandıqdan sonra ona ali və orta ixtisas təhsili olmadığı üçün tam orta təhsilə (11 illik attestat) uyğun əmək haqqı ödənilmişdir. Eyni zamanda o, 2017-ci il tarixdən 2024-cü il tarix ərzində direktorun məzuniyyətdə olduğu dövrlərdə direktor vəzifəsində olan rəsmi əmrləri icra etmişdir. O,ödənilməyən əmək haqqılara görə aidiyyəti qurumlara, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 xidməti Şirvan-Salyan Regional Təhsil ldarəsinə, Şirvan şəhər Prokurorluğuna və Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Salyan Regional Təhsil İdarəsinə müraciət etmisdir.İddiaçının müraciətlərinə əsasən direktorun məzuniyyətdə olduğu dövrlərdə vəzifəsini icra etdiyi üçün ona 3518 ödənilməyən əmək haqqı ödənilmişdir. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmısdır ki 2017-ci il tarixdən 2024-cü il tarixinə kimi təsərüffat işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərməyinə baxmayaraq ona təsərüffat müdiri kimi əmək haqqı verilmişdir. Ona təqribən 700 manat əmək haqqı vermək əvəzinə 300-330 manat əmək haqqı hesablanıb verilmişdir. Onun 2017-ci il tarixindən 2024-cü il tarixinə qədər olan 7 il müddətində hər il üçün 3500-4000 manat əmək haqqı ödənilməmişdir. Bildirir ki, o 2016-cı il tarixdən Şirvan şəhəri X15 9 nömrəli tam orta ümumtəhsil məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə, həmin ilin oktyabr ayının 1-də isə direktor vəzifəsini müvəqqəti icra edən kimi işə qəbul olunmuşdur. İddiaçı o işə qəbul olunan zaman məktəbin X12 direktor müavini vəzifəsində çalışmışdır. O direktor olduğu müddətdə mühasibatlıq proqramında İddiaçı ali təhsili olmadığı üçün həmin vəzifəni aparması nöqsan kimi bildirilmişdir. Bu barədə dərhal o Sirvan şəhər Təhsil şöbəsinə məlumat vermişdir. Həmin zaman Tural təhsil şöbəsinə çağırılmış, ali təhsili olmadığı üçün direktor müavini deyil, lakin uzun müddət iş stajı nəzərə alınaraq təsərrüfat müdiri vəzifəsinə keçirilməli olduğu bildirilmişdir. Bu hadisədən sonra onun müvafiq əmri ilə İddiaçı direktor müavini vəzifəsindən azad olunmuş və təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, bununla da onun əmək haqqısı azaldılmış, belə ki, sonuncu qanunvericiliyə uyğun olaraq başqa vəzifəyə keçirilmişdir. 2017-ci ildən 2024-cü ilə qədər olan illər ərzində hər il 56 gün olmaqla onu İddiaçı direktor vəzifəsində əvəz etmişdir. O məzuniyyətdə olduğu dövrlərdə vəzifəni icra etdiyi üçün cavabdehə 3518 ödənilməyən əmək haqqı ödənilmişdir. Cavabdehin əmək haqqısı düzgün hesablanıb ödənilməməsi onun problemi deyil, belə ki artıq əmək haqqı verilməsi məsələsi Regional Təhsil idarəsinə aiddir. İdarə də belə əsaslandırmışdır ki, Turalın ali təhsili olmadığı və X12 direktor ola bilmədiyi üçün rəsmi olaraq direktor vəzifəsini əvəz edə bilməz. Azərbaycan Respublikası Təhsil haqqında Qanunun 36-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. "Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatı"nın 6-cı bəndində sinif komplektlərinin sayı 20, şagirdlərin sayı 401 və daha çox olduğu halda X12 direktor müavini müəyyən edilir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sərişte və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabət qabiliyvətli əmək haqqı sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avaust tarixli 1815 nömrəli Fərmanı ilə ümumi təhsil müəssisələrinin rəhbər işçılərinin və təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən tehsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. Bildirir ki, cavabdehin əmək fəaliyyətinə başladığı 2013-cü ildə Şirvan şəhəri X15 9 nömrəli tam orta ümumtəhsil məktəbində 30 sinif komplekti olmuşdur. Sonrakı tedris illərində siniflərin və şagirdlərin sayı artsa da, cavabdehin ali və ya orta ixtisastəhsili olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli xx.xx.2017-ci ii tarixli Qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1 X12 direktor müavini vəzifəsinə ödəniş dərəcələrinə ixtisas tələbləri ödənmədiyi üçün təsərrüfat müdiri kimi işinə davam etmişdir. Cavabdehin ali və ya orta ixtisas təhsili olmadığından tutduğu vəzifəsi ödəniş dərəcələrinə ixtisas tələblərini ödəmədiyi üçün tələb etdiyi əmək haqqının ödənilməsi mümkün olmamışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Şirvan şəhəri 9 saylı orta məktəbin nümayəndəsi Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən əmək haqqının düzgün hesablanmaması ilə bağlı iddia müddəti 1 ildir. İddiaçımın irəli sürdüyü tələblər 2017-ci ildə baş vermiş əmək haqqı dəyişikliyi ilə bağlıdır. Bu hal üzrə iddia müddəti 2018-ci ildə başa çatmışdır. Əmək haqqının dəyişilməsi halı əmək müqaviləsinə və ya işçinin aylıq əmək haqqı cədvəlində (şəxsi hesab vərəqəsində)əks olunduğundan, bu dəyişiklik iddiaçıya 2017-ci ildə məlum olmuşdur. Belə olan halda iddiaçının 8 il sonra məhkəməyə müraciət etməsi hüquqi əsasdan məhrumdur. İddiaçının irəli sürdüyü əmək haqqına dair iddianın Əmək Məcəlləsinin 296.4-cü maddəsilə müəyyən olunmuş iddia müddətinin ötürülməsi səbəbindən təmin olunmamasına,müvafiq olaraq işə baxılmamasına (və ya iddianın rədd edilməsinə) qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştati"nın 6-cı bəndində sinif komplektlərinin sayı 20, şagirdlərin sayı 401 və daha çox olduğu halda X12 direktor müavini müəyyən edilir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanı ilə ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsil verənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. Şirvan şəhər X15 tam orta ümumtəhsil məktəbi 2017-2022-ci illərdə Şirvan şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərmişdir. 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başlamış, bundan sonra adıçəkilən məktəb Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeçiliyinə verilmişdir. Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabına əsasən X12 Direktor Müavininin vəzifə maaşı direktorun vəzifə maaşından 20% aşağı vəzifə maaşı müəyyənləşdirilir. Məhkəmə iclasında mütəxəssis qismində izahat vermiş X2 izahat verərək bildirdi ki, Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabına əsasən X12 Direktor Müavininin vəzifə maaşı direktorun vəzifə maaşından 20% aşağı vəzifə maaşı müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təstiqlənmiş X13 əsasən Direktorun əməyinin ödənilməsi dərəcəsi 15, aylıq tarif vəzifə maaşı 188.00 manat təşkil edib. Buna əsasən TİÜDM-i İddiaçı vəzifə maaşı xx.xx.2013-xx.xx.2013 -cü il tarixlərdə 150 manat 40 qəpik, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 240 nömrəli qərarı ilə təsdiqlənmiş X13 əsasən Direktorun əməyinin ödənilməsi dərəcəsi 15, aylıq tarif vəzifə maaşı 207.00 manat təşkil edib. Buna əsasən TİÜDM-i İddiaçı vəzifə maaşı xx.xx.2013-xx.xx.2013, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə 165 manat 60 qəpik, xx.xx.2016-xx.xx.2017-ci il tarix üçün əmək haqqı X12 Direktor müavininin vəzifə maaşı kimi ödənilib. Belə ki, yanvar 2016-cı il-382 manat 50 qəpik, fevral 2016-cı il- məzuniyyət pulu ilə birlikdə-877 manat 96 qəpik, mart-məzuniyyətdə olub, xx.xx.2016-xx.xx.2017-ci il tarixində 435 manat əmək haqqı hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 2016-cı il tarixli 106 nömrəli qərarı ilə təstiqlənmiş X13 əsasən Direktorun əməyinin ödənilməsi dərəcəsi 15, aylıq tarif vəzifə maaşı 228.00 manat təşkil edib. Buna əsasən TİÜDM-nin vəzifə maaşı xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə 182 manat 40 qəpik, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2018-cı il tarixli 89 nömrəli qərarı ilə təstiqlənmiş X13 əsasən Direktorun əməyinin ödənilməsi dərəcəsi 15, aylıq tarif vəzifə maaşı 250 manat 80 qəpik təşkil edib. Buna əsasən TİÜDM-nin vəzifə maaşı xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 200 manat 64 qəpik, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cü il 28 fevral tarixli 68 nömrəli qərarı ilə təsdiqlənmiş X13 əsasən Direktorun əməyinin ödənilməsi dərəcəsi 15, aylıq tarif vəzifə maaşı 324.00 manat təşkil edib. Buna əsasən TİÜDM-nin vəzifə maaşı xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə 259.00 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə təsdiqlənmiş X13 əsasən direktorun əməyinin ödənilməsi dərəcəsi 15, aylıq tarif vəzifə maaşı 440.00 manat təşkil edib. xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 352.00 manat əmək haqqı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə təsdiqlənmiş X13 əsasən xx.xx.2021-xx.xx/2021- ci il tarixlərdə V dərəcə ilə 294.00 manat əmək haqqı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 12 nömrəli qərarı ilə təstiqlənmiş X13 əsasən xx.xx.2022-xx.xx/2022-ci il tarix üçün V dərəcə ilə 353.00 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təstiqlənmiş X13 əsasən xx.xx.2023-xx.xx.2024-cü il tarix üçün V dərəcə ilə 406.00 manat əmək haqqı hesablanıb. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsinin Nümayəndə2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin ərizəsini təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək X12 direktorun müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən müddətsiz X12 direktorun müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Şirvan şəhər N.Quliyev adına 9 saylı orta məktəb üzrə 22 sentyabr 2021-ci il tarixli 61 saylı § 64 vəzifə dəyişikliyi barədə əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən məktəbin X12 direktor müavini vəzifəsini icra edən İddiaçı ali və orta ixtisas təhsili olmadığı üçün həmin vəzifəyə təsərrüfat müdiri vəzifəsi ilə əvəz edilmişdir. İş materiallarında olan Şirvan şəhər N.Quliyev adına 9 saylı orta məktəb üzrə ştat cədvəllərindən görünür ki, məktəbin 2013-2020-ci il tarixlərində təsərrüfat müdiri vəzifəsi olmamış məktəbin X12 direktor müavini ştatı olmuş , 2021-ci il tarixindən sonra təsərrüfat müdiri ştatı əlavə edilmişdir. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Salyan Regional Təhsil İdarəsinin 29 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, "Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştati"nın 6-cı bəndində sinif komplektlərinin sayı 20, şagirdlərin sayı 401 və daha çox olduğu halda X12 direktor müavini müəyyən edilir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanı ilə ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsil verənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. Bildirilir ki, əmək fəaliyyətinə başladığı 2013-cü ildə Şirvan şəhəri Nofəl Qulivev adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində 30 sinif komplekti olmuşdur. Sonrakı tədris illərində siniflərin və şagirdlərin sayı artsa da, onun ali və ya orta ixtisas təhsili olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahit X3"nın X12 direktor müavini vəzifəsinə ödəniş dərəcələrinə ixtisas tələbləri ödənmədiyi üçün təsərrüfat müdiri kimi işinə davam etdirmişdir. Yekun olaraq bildirilmişdir ki, direktor vəzifəsinin həvalə olunması ilə bağlı Şirvan Şəhər Təhsil Şöbəsi tərəfindən verilmiş əmrlərdə ödəniş tapşırığı nəzərdə tutulmadığı üçün ona ödəniş edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsinin 17 aprel 2025-ci il tarixli 3- 175/2-Q-33567/2025 saylı məktubundan görünür ki, Müraciətə əsasən 2017-2024-cü illər ərzində Şirvan şəhər N.Quliyev adına 9 saylı tam orta məktəbin direktoru əmək məzuniyyətində olduğu müddət ərzində onun vəzifələrini icra etdiyi halda əlavə əmək hesablanmamışdır və vəzifə üzrə tarif maaşı düzgün hesablanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilən zaman məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən onunla N.Quliyev adına 9 saylı tam ümumtəhsil orta məktəbin rəhbərlyi arasında "kiçik xidmətedici işçi" kimi əmək müqaviləsi bağlanılmışdır. Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən daxil olan sənədlərdən və məktubdan məlum olmuşdur ki, Şirvan şəhər X15 tam orta ümumtəhsil məktəbi 2017-2022-ci illərdə Şirvan şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərmişdir. 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başlamış, bundan sonra adıçəkilən məktəb Şirvan- Salyan Regional Təhsil İdarəsinin tabeçiliyinə verilmişdir. Şirvan-Salyan Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli 3-29-34/3-1-234M/2024 nömrəli və 3-29-34/3-1- 218M/2023 nömrəli əmrləri ilə, məktəbin direktor vəzifəsini icra edən Cavabdeh əmək məzuniyyətinə buraxılması ilə əlaqədar direktor vəzifələrini icra etmişdir. Həmin əvəzetməyə görə qanunvericilikdə nəzərdə tutulan əlavə əmək haqqı ona ödənilməmişdir. Bununla da, Azərbaycan Respublikası Əmək məcəlləsinin 162-ci maddəsinin 1-c hissəsinin (Özünün əmək funksiyasıni yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən isçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir) tələbi pozulmuşdur. Bu səbəbdən qeyd olunan hüquq pozuntusu törədilən vaxt Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəsifəsində çalışmış X7 barəsində X4 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 2017-2024-cü illər ərzində Şirvan şəhəri X15 9 nömrəli tam orta ümümtəhsil məktəbin direktor əvəzi Cavabdeh əmək məzuniyyətində olduğu müddətdə onun vəzifələrini icra etdiyi dövrlər üçün əlavə əmək haqqının verilməsi barədə Şirvan- Salyan Regional Təhsil İdarəsinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-29662/2025 nömrəli icrası məcburi olan göstəriş verilmişdir. X12 direktor müavini işlədiyi xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqları düzgün hesablanmaması məsələsinə gəldikdə, araşdırmaya təqdim etdiyi əmək haqqı üzrə bank çıxarışları və Məktəbdən təqdim olunmuş, onlar tərəfindən imzalanmış əmək müqaviləsinə əsasən əmək haqlarının əmək müqaviləsində müəyyən olunmuş əmək haqqı məbləğinə müvafiq olaraq hesablanıb ödənildiyini müəyyən edilmişdir. Şikayətlə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Şirvan 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixlin MŞS/MT-045/2025/00263 saylı ilkin Müdiasiya Sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən verilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı 15 yanvar 2013-cü il tarixdə əmək kitabçasına əsasən məktəbin gecə gözətçisi vəzifəsindən azad edilərək X12 direktor müavini vəzifəsinə təyin edilmişdir. 22 sentyabr 2021-ci il tarixli 61-64 nömrəli əmrə əsasən məktəbin X12 direktor müavini vəzifəsini icra edən İddiaçı ali və orta ixtisas təhsilli olmadığı üçün həmin vəzifə təsərrüfat müdiri vəzifəsi ilə əvəz edilmişdir və işçiyə bu vəzifə dəyişikliyi barədə məlumat verilmişdir. Bunun üçün əsas Azərbavcan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarinın 1 nömrəli əlavəsidir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsinə 2017-2024-cü illər ərzində Şirvan şəhər N.Quliyev adına 9 saylı tam orta məktəbin direktoru əmək məzuniyyətində olduğu müddət ərzində onun vəzifələrini icra etdiyi halda əlavə əmək haqqı və vəzifə üzrə tarif maaşı düzgün hesablanmamasına dair müraciət etmiş, aparılmış araşdırılma nəticəsində 2017- 2024-cü illər ərzində Şirvan şəhəri X15 9 nömrəli tam orta ümümtəhsil məktəbin direktor əvəzi Cavabdeh əmək məzuniyyətində olduğu müddətdə onun vəzifələrini icra etdiyi dövrlər üçün İddiaçı əlavə əmək haqqının verilməsi barədə Şirvan-Salyan Regional Təhsil İdarəsinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-29662/2025 nömrəli icrası məcburi olan göstəriş verilmiş, qeyd olunan hüquq pozuntusu törədilən vaxt Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəsifəsində çalışmış X7 barəsində X4 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək kitabçasından aydın olur ki, 05 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinin "a" bəndi rəhbər tutularaq məktəbin təsərrüfat müdiri İddiaçı ilə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cu il tarixli 249 nömrəli əmrə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən vakanta verilmiş kiçik texniki işçi vəzifəsinə təyin edilmişdir. Bundan başqa məhkəmə tərəfindən İddiaçı X12 direktor müavini vəzifəsinə dair əmək haqqının tam ödənilmədiyini 2017-ci il tarixdən sonuncuya məlum olması halını məhkəmə iclası zamanı müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.2-ci maddəsinin a bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Həmin Məcəllənin 288-ci maddəsinin e bəndinə əsasən bu Məcəllə ilə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-cü il 30 iyul tarixli Qərarında qeyd etmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hüququnun pozulmasının aşkar edildiyi gündən 2017-ci il tarixdən- 8 il keçəndən sonra ödənilməmiş əmək haqqına dair pulun alınmasını mübahisələndirdiyindən, əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Göstərilən müddətin bərpa edilməsi üçün əmək qanunvericiliyi ilə üzürlü səbəb hesab edilən hallar müəyyən edilmədiyindən, habelə 22 sentyabr 2021-ci il tarixli 61-64 nömrəli əmr qüvvədə olduğundan, iddiaçı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh Şirvan şəhəri 9 saylı orta məktəbə qarşı Şirvan-Salyan Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1300/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1300/2025
23.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver