Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1311/2025 21.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Elbək oğluna qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Elbək oğluna qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 17 iyun 2025-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədi araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh Elbək oğlundan qızıl-zinət əmlakının, onlar olmadığı halda dəyəri olan 4200 manat pulun, cehiz əşyalarının və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Həmin Məcəllənin 111.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron məhkəmə informasiya sistemin şəxsi məlumatlar bölməsinə dair çıxarışdan görünür ki, Cavabdehdur. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə 65 (altmış beş) manat ödəniş etmiş, Şirvan şəhər Məhkəməsinə isə iddia ərizəsinin verilməsi ilə əlaqədar 70 (yetmiş) manat məbləğində dövlət rüsumu, 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN) göstərməməklə yanaşı, cavabdehin ata adı düzgün qeyd edilməmiş, qızıl-zinət əmlakının, onlar olmadığı halda dəyəri olan 4200 manat pulun, cehiz əşyalarının alınaraq ona verilməsi tələbini irəli sürmüş, lakin tələb edilən qızıl-zinət əşyalarının təsviri əlamətləri, çəkisi, əyarı və cehiz əşyalarının ayrı- ayrılıqda və cəmi dəyəri göstərilməmişdir. Belə olan halda tələb qeyrimüəyyəndir. Lakin iddia ərizəsində alınması tələb edilən cehiz əşyalarının cəmi dəyəri göstərilmədiyindən iddianın qiymətini və ona uyğun olaraq ödənilməli olan dövlət rüsumunun miqdarını da müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsində tələb edilən qızıl-zinət əşyalarının təsviri əlamətlərinin, çəkisinin, əyarının və cehiz əşyalarının ayrı- ayrılıqda və cəmi dəyərinin göstərilməməsi, həmçinin cavabdehin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN) və ata adının düzgün göstərilməməsi ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, habelə iddia ərizəsinin verildiyi tarixə uyğun olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar Şirvan şəhər Məhkəməsinin büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Elbək oğluna qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1311/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1311/2025
21.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver