Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1325/2024 01.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2009-cu il təvəllüdlü X2, 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və 31 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 250 manat, üç uşağa 750 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə cavabdehlə 27 aprel 2008-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahlarından 12 yanvar 2009-cu il tarixində X2, 16 oktyabr 2010-cu il tarixində X3, 31 iyul 2016-cı il tarixində X6 adlı üç uşaqları anadan olmuşdur. Beləliklə Cavabdeh ilə birgə nikahda bir ünvanda yaşasalar da aralarında olan münasibət uzun müddətdir ki, pisləşib cavabdehin dəfələrlə etdiyi xəyanət səbəblərindən münasibəti pozulmuşdur. Ər-arvad münasibətində rəsmi sənəd üzərində qalmışlar. O, illərdi uşaqların saxlanmasından ötəri maddi cəhətdən çox çətinlik çəkir. Birgə nikahda olsa da cavabdehdən bir ata kimi uşağlarına heç bir kömək göstərmir. Cavabdeh 10 saylı orta məktəbdə işləyir. Bundan başqa, taksi fəaliyyəti göstərir və əlavə olaraq 240 manat qaçqın statusu olduğu üçün çörək pulu alır. Cavabdehin bundan əlavə başqa gəlirləri olsa da, o, uşağlara başqa maddi yardım, eləcə də ərzaq, geyim əşyaları ilə uşaqlara və heç bir yardım ödəmir. Belə ki, özü maddi cəhətdən bu xərcləri qarşılaya bilmir. Uşaqları evin içində qaz, işıq və yeməkləri olmur. Özü isə iş olmadığına görə heç bir yerdə işləmir. Xərclərini müəyyən qədər valideynləri ata-anası kömək edərək ödəsələr də yaşayışları çətindir, maddi cəhətdən çox çətinlik çəkir. Hesab edir ki, Cavabdeh uşaqlarının saxlanmasından ötəri xərclərini və ehtiyaclarını ödəməlidir. Bu səbəbdən də aliment hər uşağa hər ay 250 (iki yüz əlli) manat ümumilikdə cəmi 750 (yeddi yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment təyin edilməsi barədə iddia qaldırmalı olmuş və hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia əsaslı olduğuna görə təmin edilməlidir. Aliment tələbi, ötəri qanunvericiliyə uyğun olaraq Sabirabad 1 saylı X9 şəhərində yerləşən Mediasiya Təşkilatına müraciət etmiş və dövlət rüsumunu ödəmişdir. Lakin Cavabdeh alimentin tələbinə qarşı öz etirazını bildirmişdir. Bu səbəbdən də 3 uşağın saxlanmasından ötəri aliment hər ay sabit pul məbləğində hər uşağa 250 olmaqla 3 uşağa 750 manat ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, Şirvan şəhəri 10 saylı tam orta məktəbdə müəllim yox, fəhlə işləyir və 320 manat əmək haqqı alır, həmçinin dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən 240 manat sosial yardım alır. Uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər birinə 100 manat, ümumilikdə 300 manat ödəmək iqtidarındadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə X2, xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 3-16-58-69/400 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı 18 oktyabr 2008-ci il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu bardə nikah haqqında akt qeyd kitabında 386 nömrəli akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Şirvan şəhəri və İsmayıllı rayonu Mənzil Kommunal İstismar Sahəsindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhər E.B.İmanov adına 10 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 295 nömrəli arayışından görünür ki, X1 şəhər E.B.İmanov adına 10 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçi işləyir, onun hesablanmış aylıq əmək haqqı məbləği 359 manat, əlinə alacaq məbləğ isə 320.23 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə, iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 250 manat, üç uşağa görə ümumilikdə 750 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdehin ifadəsinə əsasən hər uşağa 100 manat, ümumilikdə 300 məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə xatırladır ki, məhkəmə tərəfindən aliment təyin edilərkən yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci növbədə gözləməlidir. Hazırda uşaqların yaşını, onların gündəlik artan tələbatlarını, psixi və fiziki inkişafını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin hər ay bir uşağa görə 130 manat, üç uşağa görə ümumilikdə 390 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2, 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 avqust 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay bir uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 390x12=4680 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 66,80 manat təşkil edir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş şəxsin qaçqın və ya məcburi köçkün statusunua dair məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X10 məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə müraaciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlər rüsum ödənilməsindən azaddırlar. Hazırkı mülki iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalı olsa da, cavabdeh dövlət rüsumu ödəməkdən azaddır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2, 16 oktyabr 2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X5 hər ay bir uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1325/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1325/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver