Məhkəmə qərarları › İş №2(032)-1377/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1377/2024

11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1377/2024 11.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahı 2011-ci il tarixində rəsmi nikaha girərək "ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşdur. Beləliklə, Cavabdeh ilə nikahı Şirvan şəhər Məhkəməsinin 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh mediasiya şöbəsində alimentin ödənilməsinə ilə razı olub. Maddi cəhətdən çox çətinlik çəkir . Hesab edir ki, Cavabdeh uşağların saxlanması üçün xərcləri və ehtiyacları ödənilməlidir. Birgə nikahdan xx.xx.2014cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər uşağa hər ay 75 (yetmiş beş) manat , ümumilikdə 150 ( bir yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment Şirvan şəhər Məhkəməsinin qətnaməsi əsasında təyin edilib və cavabdeh alimenti ödəyir. Onlar cavabdehlə qeyri-rəsmi bir müddət barışdıqdan sonra onların üçüncü övladı dünyaya gəlmişdir. Hal-hazırda cavabdehlə yenidən ayrılmışlar və üçüncü uşağına aliment tələbi ilə iddia qaldırmağa məcburdur. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia qaldırmalı olmuşdur və hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiası əsaslı olduğuna görə təmin edilməlidir. Aliment tələbi üçün qanunvericiliyə uyğun olaraq Sabirabad 1 saylı X6 şəhərində yerləşən Mediasiya Təşkilatına müraciət etmiş və dövlət rüsumunu ödəmişdir. Lakin Cavabdeh aliment tələbinə dair barışıq sazişi imzalamışlar. Məhkəmə iclasında İddiaçı ərizə verərək Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü ,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar