Məhkəmə qərarları › İş №2(032)-1484/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1484/2024

04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1484/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasına Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2024-ci il təvəllüdlü uşağın doğum aktı qeydində ata qrafasında X4 yazılması və ata kimi tanınması barədə qətnamə çıxarılmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 26 noyabr 2018-ci il tarixində Şirvan şəhər qeydiyyat şöbəsində 465 saylı nikah haqqında akt qeydi ilə nikahı qeydə alınmışdır. O, Əliyar Əliyevlə bir neçə ay yaşadıqdan sonra ayrılmışlar. Onlar ayrıldıqdan sonra o X6 ilə ailə qurmuş, artıq onunla dörd ildir ki, ər-arvad kimi yaşayırlar. 6 ilə yaxındır ki, Əliyar Əliyevdən ayrılmışdır. X12 ilə qeyd olunan nikah ər-arvadın birgə ərizəsi əsasında həmin qeydiyyat şöbəsinin 08 iyul 2024-cü il tarixli 130 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. X1 15 iyul 2024-cü il təvəllüdlü övladı dünyaya gəlmişdir. O, X11 ilə ailə qurandan 3 ay sonra ayrılmış və həmin vaxtdan da bu günə kimi X6 ilə ərarvad kimi yaşayır, 15 iyul 2014-cü il tarixdə bir övladı anadan olmuşdur. 15 iyul 2024-cü il tarixli övladının atası X6 olması barədə heç bir mübahisə yoxdur. Bunu Xandlislamda təsdiq edər. Bu barədə “Asan Xidmət” qeydiyyat şöbəsində müraciət etmişlər. Ordan onlara məhkəməyə müraciət etməyi bildirmişlər. Hal-hazırda həmin uşaq sağ-salamat olmaqla onun və X3 himayəsində yaşayır. O istəyir ki, oğlunun doğum aktı qeydiyyatı öz bioloji atası olan X3 adı qeyd edilsin və atası kimi Xandlislam tanınsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X7 izahat verərək bildirdi ki, iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar