Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-1486/2025 31.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23 A-da yerləşən Kreditor borclular – ünvan 1nvanında qeydiyyatda olan Borclu və ünvan 1nvanında qeydiyyatda olan Zamin qarşı borcun alınması üçün məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23 A-da yerləşən mağaza Kreditor xüsusi mülkiyyətindədir və orada mövcud məişət avadanlığının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda dayanaraq dövlətə vergi ödəyir. Borclu 29 yanvar 2025-ci ildə rəsmi ərizə ilə mağazaya müraciət edərək, ümumi dəyəri 455 manat olan bir ədəd “İnfinix Smart 9” (4/128gv) telefon, 455 manat, ilkin ödəniş etmədən, qrafika uyğun olaraq 7 ay müddətinə kreditlə götürmüşdür. Lakin bu günə kimi qalıq borcdan 50 manat ödəniş etmişdir. Buna əsasən 405 manat əsas borc, 99 manat dəbbə, ümumilikdə isə 504 manat borc yaranmışdır. Araşdırma aparılıb, sənədlər yoxlandıqdan sonra 1 ədəd “İnfinix Smart 9” (4/128gv) telefon 455 manat olan telefon həmin şərtlə verilib. Bu barədə xx.xx.2025-ci il tarixli, 1249 saylı müqavilə bağlanmış, Zamin duraraq bu barədə həmin tarixdə zaminlik müqaviləsi imzalamışlar. Borcluya və zaminə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclular Borclu və Zamin müştərək qaydada 504 manat əsas borcun və ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan Kreditor ilə Borclu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 1249 saylı müqaviləyə əsasən dəyəri 455 manat olan “İnfinix Smart 9” (4/128gv) telefon Borclu nisyə satılmış və cavabdeh ilkin ödəniş etmədən 7 ay müddətində ödəniş cədvəli üzrə hər ay 65 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə Kreditor ilə cavabdeh Zamin arasında xx.xx.2025-ci il tarixli, 1249 nömrəli müqavilə üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməsi barədə bağlanmışdır. İş materiallarına əlavə edilmiş ödənişindən görünür ki, müqaviləyə əsasən 65 manat və 50 manat ödəniş edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əlavə edilmiş müqavilə və müqavilənin şərtlərindən göründüyü kimi, hazırki öhdəliyin təminatı kimi çıxış etmiş Zamin Borclu ilə birlikdə Kreditor qarşısında eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsində kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Aidiyyət məsələsinə gəldikdə məhkəmə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatinə əsasən Şirvan Şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, əmrin verilməsi ilə bağlı kreditor tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmri təmin edildiyindən kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borclulardan tutularaq kreditora ödənilməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, verilmiş tələb MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun verilmiş, verilmiş tələbləri təsdiq edən sənədlər ərizəyə əlavə edilmiş, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə halı hazırda məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa Kreditor ilə Borclu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 1249 saylı müqaviləyə əsasən kreditorun tələbi aşkardır və həmin tələb borclunun müqaviləyə əsasən öhdəliyinə əsaslanmışdır. xx.xx.2025-ci il tarixli, 1249 saylı müqaviləyə əsasən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirmədiyindən kreditor borcludan vəzifəsinin icrasını, yəni verilmiş əşyanın ödənilməsini tələb etməkdə və Azərbaycan Respublikası MM-in 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından kreditor borclu və zamindən əsas borc, faiz borcu və ərizə verilərkən ödənilmiş dövlət rüsumunun müştərək qaydada tələb etməkdə haqlıdır. Odur ki, Kreditor pul tələbinə dair əmr icraatı qaydasında tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda gösdərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281- 284-cü maddələrini rəhbər tutaraq. ƏMR EDİRƏM: Borclular xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1nvanında qeydiyyatda olan Borclu və xx.xx.2007-ci il təvəllüdlü, ünvan 1nvanında qeydiyyatda olan Zamin müştərək qaydada 504 (beş yüz dörd manat) manat əsas borc və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1486/2025
Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-1486/2025
31.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver