Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-1502/2023 03.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı, Kreditor Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14-də yerləşən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qarşı torpaq və əmlak vergisi borclarının geri alınması ilə bağlı məhkəmə əmrinin çıxarılması ilə bağlı məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim : Kreditor Şirvan Bələdiyyəsi borclu Cavabdeh Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi Salyan dairəsində yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan qeyri yaşayış obyekti üçün illik əmlak vergisi 30 manat, torpaq vergisi 8 manat olmaqla BAMS-da ödənilməmiş vergi borcu yaranmaqla 183,59 manat ümumi borcu yaranmaqla, 2020-2023-cü illəri əhatə edən borcunun Şirvan Bələdiyyəsinin xeyrinə 183,59 manat pulun alınması ilə bağlı barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh (borclu) Cavabdeh torpaq və əmlak vergisi borclarını qəsdən ödəməməsi barədə Şirvan Bələdiyyəsinin “Yerli ödənişlər və vergilər “şöbəsinin müdiri Ə.D.Yusifov tərəfindən Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradova təqdimat verilmişdir. Həmin təqdimatda cavabdeh (borclu) Cavabdeh Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi Salyan dairəsində yerləşən obyekti üçün illik əmlak vergisi 30 manat, torpaq verigisi 8 manat olmaqla BAMS-da (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) ödənilməmiş vergi borcu yaranmaqla 183.59 manat ümumi borcu yaranmışdır. Borc 2020-2023-cü illəri əhatə edir. Cavabdeh vergi borclarnı ödəməkdən qəsdən yayınır. Cavabdeh (borclu) Cavabdeh rəsmi qaydada 04/207 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən torpaq, əmlak və icarə vergilərinin yığılması və ödənilməsi yerli ödənişlərin tərkibinə daxil edilmişdir. Beləliklə, qanunun məzmunundan da göründüyü kimi, Bələdiyyələr başqa yerli özünü idarə qurumu, nəhayətdə inzibati orqanlar siyahısına daxil daxil edilməklə yerli ödənişlər hesabına öz xərcini ödəməklə öz təsərrüfat və digər ehtiyaclarını ödəmək şərtilə şəhər ərazisində əhalinin ehiyaclarını ödəmək üçün müxtəlif xərc maddələrinə uyğun olaraq işlər həyata keçirirlər. Cavabdeh tərəfindən vergilər qəsdən biləbilə ödənilmir. Məhz bunun nəticəsidir ki, cavabdeh (borclu) Cavabdeh torpaq və əmlak vergisi borclunun cəmi 183.59 manat təşkil edir. Odur ki,Cavabdeh (borclu) Cavabdeh cəmi 183.59 manat torpaq və əmlak vergisi borclunun ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə məhkəmə əmri təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: **********2902 nömrəli tədiyə bildirişdən görünür ki, Cavabdeh ötən dövrlər üzrə vergi borcu 124 manat 81 qəpik, faiz məbləği isə 39 manat 78 qəpik, cəmi ödəniləcək məbləğ 183 manat 59 qəpik təşkil edir. Şirvan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 04/207 nömrəli Cavabdeh göndərilmiş xəbərdarlıq məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, Salyan dairəsi ünvanında yerləşən vergi ödəyicisi Cavabdeh məxsus qeyri-yaşayış obyektinə görə torpaq və əmlak Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196, 197, 198, 200, 59-cu maddələrinə əsasən hesablanmış faiz borcu ilə cəmi 183,59 manat vergi borcu ödəməlidir. Məhkəmənin tətbiq etdiyi hüquq: "Yerli (bələdiyyə) vergilər və Ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir.Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafıq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.7-ci maddəsinə əsasən tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMREDİRƏM: Borclu ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan qeyri yaşayış obyekti üçün illik əmlak vergisi 30 manat, torpaq vergisi 8 manat olmaqla BAMS-da (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) ödənilməmiş 2020-2023-cü illəri əhatə edən 183.59 (yüz səksən üç) manat 0.59 (əlli doqquz) qəpik borcu alınaraq kreditor Şirvan Bələdiyyəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə blməz. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1502/2023
Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-1502/2023
03.10.2023 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver