Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1695/2025 10.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borcunun alınması tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə, müəyyən etdi : Kreditor Şirvan şəhər Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək Borclu cavabdeh (borclu) Borclu yaşayış və qeyri yaşayış obyektlərinə görə dair Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan qeyri yaşayış obyekti 2024-cü il üçün üçün illik torpaq vergisi 11364.58 (on bir min üç yüz altımış dörd manat əlli səkkiz qəpik) manat, əmlak vergisi 91.94 (doxsan bir manat doxsan dörd qəpik) manat olmaqla BAMS-da (X1 Sistemi) ödənilməmiş vergi borcu yaranmaqla xx.xx.2025 - ci il daxiil olmaqla faiz borcu 3773.59 (üç min yeddi yüz yetmiş üç manat əlli doqquz qəpik) manat ilə birlikdə cəmi 26629.65 (iyirmi altı min altı yüz iyirmi doqquz manat altımış beş qəpik) manat ümumi borcu ümumi borcunun iddiaçı (tələbkar) Şirvan şəhəri şirvan Bələdiyyəsinin xeyrinə cavabdeh (borclu) Borclu alınaraq tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi bələdiyyə vergilərinə aid edilmişdir. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 208.6-cı maddəsinə əsasən müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Azərbaycan Respublikası Qanunun 7ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi və s. yerli büdcənin gəlirlərinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında qeyd edilir ki, vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır. Vergi Məcəlləsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi və vergi öhdəliyinin yerinə yetirilməməsi fərqli hüquqi nəticələr yaratdığından, onların tətbiq edilməsinin müxtəlif qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir (Vergi Məcəlləsinin 77.1 və 77.2-ci maddələri). Vergi öhdəliyini yerinə yetirmədiyinə görə vergi ödəyicisindən bərpaedici xarakter daşıyan maliyyə sanksiyaları, bununla yanaşı hesablanmış və yenidən hesablanmış vergilər, faizlər yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulur. Vurğulanmalıdır ki, şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Bu məqsədlə qanunverici adıçəkilən səlahiyyətlərin həcmini və həyata keçirilmə qaydalarını birbaşa Vergi Məcəlləsində müəyyən etmişdir. Bu mənada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. Vergi Məcəlləsinin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.“İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 87-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi icrası "İcra haqqında" Qanuna uyğun olaraq icra məmurlar tərəfindən həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Məhkəmə hesab edir ki, yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin torpaq və əmlak vergiləri barədə qərar (inzibati akt) bələdiyyənin özü tərəfindən qəbul edilməli olduğundan, həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulmasının tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. MPM-in 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borcunun alınması tələbinə dair ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borcunun alınması tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1695/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1695/2025
10.09.2025 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver