Məhkəmə qərarları › İş №2(032)-1928/2024

Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-1928/2024

04.12.2024 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-1928/2024 04.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Şirvan şəhər məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, Tələbkar Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14-də yerləşən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması ilə bağlı məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Tələbkar Şirvan Şəhər Bələdiyyəsi Borclu Şirvan şəhəri, Ş.Şükürov küçəsi 1/33 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilə qədər 101,39 manat torpaq və əmlak vergi borcunun Şirvan Şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. "Yerli (bələdiyyə) vergilər və Ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir.Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafıq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8). "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Həmin Məcəllənin 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.7-ci maddəsinə əsasən tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Şirvan Şəhər Bələdiyyəsinin fiziki şəxsdən verginin alınması haqqında tələb təsdiq olunur. Buna görədə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMREDİRƏM: Borclu Şirvan şəhəri, Ş.Şükürov 1/33 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilə qədər 101.39 manat məbləğində torpaq və əmlak vergisi borcu alınaraq tələbkar Şirvan Şəhər Bələdiyyəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə blməz. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar