Məhkəmə qərarları › İş №2(032)-1512/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1512/2023

04.10.2023 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1512/2023 04.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi Borclu Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 31, mənzil 21-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan qeyri yaşayış obyekti üçün illik torpaq vergisi 14 manat 40 qəpik olmaqla BAMS-da (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) ödənilməmiş vergi borcu yaranmaqla 92 manat 88 qəpik ümumi borcu yaranmaqla, 2020-2023-cü illəri əhatə edən borcunun tələbkar Şirvan şəhər Bələdiyyəsinin xeyrinə Borclu 92 manat 88 qəpik alınaraq tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi tərəfindən verilmiş ərizədə 2020- 2023-cü illəri əhatə edən borcunun tutulması xahiş edilsə də, borcun əmələ gəlməsinə dair sübut (maliyyə arayışı), habelə ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilsə də, həmin pretenziyanın borcluya çatdırılması dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Beləliklə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, kreditor tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsində nəzərdə tutmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməli, bununla əlaqədar tələbkara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263,264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi Borclu Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 31, mənzil 21-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan qeyri yaşayış obyekti üçün illik torpaq vergisi 14 manat 40 qəpik olmaqla BAMS-da (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) ödənilməmiş vergi borcu yaranmaqla 92 manat 88 qəpik ümumi borcu yaranmaqla, 2020-2023-cü illəri əhatə edən borcunun tələbkar Şirvan şəhər Bələdiyyəsinin xeyrinə Borclu 92 manat 88 qəpik alınaraq tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditora izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunması ona həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar