Məhkəmə qərarları › İş №2(032)-1516/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1516/2023

04.10.2023 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1516/2023 04.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi Borclu Şirvan şəhəri, H.Əliyev prospekt 52-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan qeyri-yaşayış obyekti üçün illik əmlak vergisi 298.76 manat, torpaq vergisi 33.44 manat olmaqla BAMS-da (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) ödənilməmiş vergi borcu yaranmaqla 1668.97 (min altı yüz altmış səkkiz manat doxsan yeddi qəpik) manat ümumi borcu yaranmaqla, 2020-2023-cü illəri əhatə edən borcunun iddiaçı (tələbkar) Şirvan şəhəri Şirvan Bələdiyyəsinin xeyrinə cavabdeh (borclu) Borclu 1668.97 (min altı yüz altmış səkkiz manat doxsan yeddi qəpik) manat alınaraq tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinə geri qaytarılmalıdır. Belə ki, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi tərəfindən verilmiş ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilsə də, həmin pretenziyanın borcluya çatdırılması dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 284-3.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar