Məhkəmə qərarları › İş №2(032)-1572/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1572/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1572/2024 19.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər bir uaşağa 235 olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin hər ay alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə rəsmi nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı 3 övladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra münasibətlər yaxşı olsa da, lakin son illərdə cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Buna görə də artıq bir müddətdir ki cavabdehdən ayrılmışdır. Rəsmi nikahdan doğulmuş Anar və Röya adlı uşaqlar həmin vaxtdan onun himayəsində yaşayırlar. Sonradan cavabdeh tərəfindən nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbi barədə Şirvan şəhər məhkəməsində iddia qaldırılmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(032)-84/2024 saylı qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsində və xx.xx.2019-cu il təvəllüdlü X2 cavabdehin himayəsində, X2 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü ay 180 manat sabit pul məbləğində alimentin ondan tutulub cavabdehə verilməsi qət olunmuşdur. 2 uşaq hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh hal-hazırda birgə nikahlarından doğulmuş 2 uşaqlarının maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. Cavabdeh uşaqların saxlanılması ilə bağlı çəkilmiş xərclərdə iştirak etmir. Uşaqların maddi təminatını ödəməkdə çox çətinlik çəkir, yalnız valideynlərinin maddi köməkliyi ilə uşaqlarını saxlayır. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 atasının, xx.xx.2019-cu il təvəllüdlü X5 uşaq isə anasının himayəsində saxlanılması, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadəək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hesab edir ki, iddiaçı qərəzli şəkildə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Şirvan şəhər, A.Hüseynzadə adına 4 saylı orta məktəbdə müəllimə işləyir, əmək haqqısı 269 manat təşkil edir. Cavabdehin himayəsində olan bir azyaşlı uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləği yetərli deyil. Digər tərəfdən uşaqların ananın himayəsində saxlanılması üçün müəyyən addımlar atılmışdır. Uşaqların kimin himayəsində qalması ilə bağlı Qəyyumluq Himayəçilik orqanının və məhkəmə psixoloji ekspertizasının müvafiq rəyləri var. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2010-cu ildə və X7 xx.xx.2011-ci ildə anadan olmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 84/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Şirvan şəhər qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 2009-cu il tarixdə 362 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X3 cavabdehin (atasının) - İddiaçı himayəsində saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2019-cu ildə anadan olmuş X2 iddiaçının (anasının) - Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Şirvan şəhər, A.Hüseynzadə adına 4 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işləməklə 269 manat əmək haqqı alır . Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-84/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X3 cavabdehin (atasının) - İddiaçı himayəsində saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2019-cu ildə anadan olmuş X2 iddiaçının (anasının) - Cavabdeh himayəsində saxlanılması, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı himayəsində saxlanılmış xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə, iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 235 manat, iki uşağa görə 470 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin himayəsində bir uşağın olmasını, tərəflərin maddi və digər diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 sentyabr 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan (180x12=2160) çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 41.6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 90 manat, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh 41.6 (qırx bir manat altmış qəpik) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar