Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1645/2023 27.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı “barışıq sazişi üzrə müəyyən edilmiş alimentin məcburi icra edilməsi barədə qərardad (qərar, qətnamə) çıxarılması” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “barışıq sazişi üzrə müəyyən edilmiş alimentin məcburi icra edilməsi barədə qərardad (qərar, qətnamə) çıxarılması” tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ərizədən görünür ki, İddiaçı faktiki nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay bir uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin ona verilməsi, barışıq sazişinin məcburi icrası qaydasının təsdiq edilməsi barədə qərardad (qərar, qətnamə) qəbul edilməsini xahiş edir. Ərizəyə İddiaçı ilə X2 arasında mediatorun iştirakı ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanmasına dair bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi əlavə edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi qanunun tələbinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq olunmalıdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi qaydası isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəslində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-25.1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 305.1.17-ci madsəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Göründüyü kimi Ərizəçi İddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Bundan əlavə İddiaçı ərizəsində qoyulnan tələb aydın deyildir, belə ki, o, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair” tələb qoymalı olduğu halda, “barışıq sazişi üzrə müəyyən edilmiş alimentin məcburi icra edilməsi barədə qərardad (qərar, qətnamə) çıxarılması” tələbi qoymuşdur. Mülki prosessual qanunvericiliyinin tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılaraq barışıq sazişinin təsdiq və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iddia tələbinin qeyri-dəqiq olmasını, habelə ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsini nəzərə alıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı “barışıq sazişinin məcburi icrası qaydasının təsdiq edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1645/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1645/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver