Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1657/2024 09.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin borclu X3 qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi borclu X2 ünvan 1 ünvanında torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü il tarixə qədər 47.66 manat torpaq və əmlak vergi borcu iddiaçı Şirvan şəhəri Şirvan Bələdiyyəsinin xeyrinə cavabdeh (borclu) X1 alınaraq tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinə geri qaytarılmalıdır. Belə ki, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi tərəfindən verilmiş ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilsə də, həmin pretenziyanın borcluya çatdırılması dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin borclu X3 qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 284.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin borclu X3 qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1657/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1657/2024
09.10.2024 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver