Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1659/2024 09.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borcunun alınması tələbinə dair məhkəmə əmri haqqında ərizəsinə baxaraq müəyyən etdi : Kreditor Şirvan şəhər Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək Borclu ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü il tarixə qədər 43 manat 91 qəpik torpaq və əmlak vergi borcunun Şirvan şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuşdur. Həmin Məcəllənin 278.2.3-cü maddəsinə əsasən ərizədə borclu haqqında məlumatlar : soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizədə Borclu yaşadığı ünvan Şirvan şəhəri , Ş.Şükürov küçəsi dalan 4 ev 5 ünvanında qeydiyyatda olması, həmçinin Borclu eyniləşdirmə məlumatı (FİN 3DF12RT) kimi göstərilmiş, buna dair sübutlarını (şəxsiyyət vəsiqəsinin surəti və s.) məhkəməyə təqdim etməmişdir. Lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan Borclu eyniləşdirmə məlumatını, onun hansı ünvanda qeydiyyatda olmasını müəyyən etmək mümkün olmamış, ərizədə göstərilmiş eyniləşdirmə məlumatına (FİN 3DF12RT) uyğun məlumatın tapılmadığı müəyyən edilmişdir. Bu da ərizəyə baxılması zamanı ərazi aidiyyətinin müəyyənləşdirilməsində qeyri-müəyyənlik yaranmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borcunun alınması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılmasında nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1659/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1659/2024
09.10.2024 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver