Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1668/2023 01.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbi baxımından hazırki iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən məlum olmuşdur ki, tərəflər arasında aliment tələbinə dair mülki mübahisələri olmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-821/2020 nömrəli qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının yarısı miqdarında alimentin alınması müəyyən olunmuşdur. Hazırda isə iddiaçı ərizəsində icra prosesində cavabdehlə qarşılıqlı razılıq əsasında icra sənədinin icrasız vəziyyətdə qaytarılmasını xahiş etdiyini, aliment almadığını bildirir. Belə halda isə, məhkəmə belə qənaətə gəlir ki, tərəf ya artıq qüvvədə olan qətnamənin yenidən icraya yönəldilməsini tələb edə, ya da aliment məbləğinin dəyişdirilərək yeni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı nikahın ləğvi və aliment tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. İddiaçıya izah olunsun ki, artıq qüvvədə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-821/2020 nömrəli qətnaməsinin yenidən icraya yönəldilməsini tələb edə, ya da aliment məbləğinin dəyişdirilərək yeni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1668/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1668/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver