Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1699/2024 15.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi : Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi Borclu Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 1 ev 16-da yerləşən torpaq sahəsində inşa edilmiş evə görə 2024-cü ilə qədər 696 manat 82 qəpik məbləğində torpaq və əmlak vergi borcunun tələbkar Şirvan şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi tərəfindən verilmiş ərizədə 2024cü ilə qədər torpaq və əmlak vergi borcunun tutulması xahiş edilsə də, ərizəyə əlavə edilmiş təqdimat, tədiyə bildirişi və hesab vərəqəsində ümumilikdə borc 29 avqust 2024-cü il tarixə hesablanmış, habelə borcların əmələ gəlməsinə dair sübut (maliyyə arayışı), torpaq sahəsinin və əmlakın borclunun istifadəsində və ya icrasində olmasına dair sübutu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Beləliklə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, kreditor tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından verilmiş ərizənin qəbul olunmasından imtina edilməli, bununla əlaqədar tələbkara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263,264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi Borclu Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 1 ev 16-da yerləşən torpaq sahəsində inşa edilmiş evə görə 2024-cü ilə qədər 696 manat 82 qəpik məbləğində torpaq və əmlak vergi borcunun tələbkar Şirvan şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditora izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunması ona həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1699/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1699/2024
15.10.2024 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver