Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-175/2024 28.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş “alimentin formasının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(032)-492/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin formasının dəyişdirilərək hər ay əmək haqqının və əlavələrlə birlikdə 1/4 hissəsi miqdarında alimentin müəyyən edilməsini tələb etmişdir. Tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh ilə xx.xx.2013-cu ildə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx.xx.2015-cu il təvəllüdlü X8 anadan olmuşdur. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və xx.xx.2015-cu il təvəllüdlü X8 iddiaçının himayəsində (yanında) saxlanılmışdır. Bundan başqa xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 24 fevral 2022-ci ildən hesablamaqla xx.xx.1988-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay sabit pul məbləğində uşağa görə 250 manat aliment tutularaq İddiaçı verilməsini qət etmişdir. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü ildən Şirvan şəhər Məhkəməsinin 2(032)-492/2022 saylı, xx.xx.2022-ci il tarıxlin icra sənədini icra etmədiyi üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisinə Şirvan şəhər Məhkəməsinin sədrinə, Şirvan Regional Ədliyyə İdarəsinə və Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə şikayət ərizəsi ünvanlamışdır. xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri İcra və Probasiya Şöbəsi 88071/10-26 nömrəli məktubu ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-492/2022 saylı xx.xx.2022-ci ıl tarixlin icra sənədini icra etmədiyi üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərmişdir. Cavabdeh tərəfindən hər dəfə aliment ödəməsini gecikdirməsi və ya heç ödəməməsi həm iddiaçının uşağının saxlanılmasını çətinləşdirir, həm də yaranmış problemin həlli ilə əlaqədar hüquqi yardım almaq üçün növbəti dəfə maddi vəsait xərcləməsinə səbəb olur. Hazırda cavabdeh işləyir, qanunun tələblərinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi ilə müəyyən edilir. Bundan başqa, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatları artdığı üçün o iş üzrə Cavabdeh qarşı aliment formasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edir. İş üzrə Cavabdeh uşağa ödədiyi 250 manat aliment uşağın maddi təlabatına hal-hazırda çatmır. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli , ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçı ilə cavabdeh arasında razılıq əldə olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı ilə nikahı Şirvan şəhər Məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşağın saxlanılması üçün aliment təyin edilmişdir. O, hal-hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicəçi işləyir, 993 manat əmək haqqı alır. Ondan tələb olunan ¼ alimentin miqdarı təxmini 233 manat olur, hazırkı vaxtda onun verdiyi aliment tələb olunan alimentdən çoxdur. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə ondan tələb olunan 250 manat alimenti vaxtı-vaxtında ödəyir, onun əlavələri yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatnı dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Şirvan şəhər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(032)-492/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment barədə iddia ərizəsinin qismən təmin edilməsi, X6 ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində bağlanmış 568 saylı nikah qeydinin pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X7 iddiaçı X1 himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş və Şirvan şəhəri, C.Cabbarlı küçəsi ev 10A-da qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində uşağa görə 250 manat məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. AA4448747 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X2 atası Cavabdehdur. AZ-İ seriyalı 438962 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı Şirvan şəhər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən 25 may 2022-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Sultanov, qadına Əhmədova soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 oktyabr 2022-ci il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X4 tərəfindən İddiaçı “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunun 29.3-cü maddəsinə uyğun olaraq verilmişdir. Şirvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 88071/10-26 saylı məktubun surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(032)- 492/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar icra tədbirləri nəticəsində borclu Cavabdeh Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında işləməklə aylıq əmək haqqı aldığı müəyyən olunduğundan aliment borcu üzrə tutulmaların aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. Eyni zamanda sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin formasının dəyişdirilməsini əvvəllər müəyyən olunmuş alimentin cavabdeh tərəfindən vaxtıvaxtında ödənilməməsi və aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur . Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin: 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 5-ci hissəsinə əsasən əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi əmək haqqına əlavələr əmək haqqının tərkib hissəsidir. “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və ( və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarının 3-cü bəndinə görə hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur. Müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, bu hal İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-492/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin forması dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının (əlavələrlə birlikdə) 1/4 hissəsi miqdarında alınaraq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın qiyməti (933x1/4= 233.25; 233,25 x 12 = 2979; 2979- 1000=1979 ; 1979 x 1%=19.79; 19.79+30 =49.79) 1000 manatdan yuxarı olduğundan cavabdehd Cavabdeh 49 manat 79 qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-492/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində tutulan alimentin forması dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının (əlavələrlə birlikdə) 1/4 hissəsi miqdarında alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasını əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu üçün 49 manat 79 qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-175/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-175/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver