Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1754/2025 16.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödəniş formasının dəyişdirilərək sabit pul məbləğində ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin 19 yanvar 2023-cü il tarixdə 2(032)-39/2023 saylı qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh gəlirlərinin 1/3 hissəsi məbləğində təyin olunmuş alimenti dəyişdirilərək sabit pul məbləğində hər ay hər uşağa 245 manat olmaqla, ümumilikdə 490 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 yanvar 2023-cü il tarixdə 2(032)-39/23 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsinə əsasən nikahları pozulmuş, həmin qətnaməyə əsasən Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi tutularaq ona ödənilməsi barədə qərar verilmişdir. Lakin cavabdehin gəliri sabit deyil, uşaqların saxlanılması üçün vəsait tam təmin olunmur. Belə olduğu halda övladlarının saxlanılmaları üçün ciddi şəkildə maddi problemlərlə üzləşir. Rəsmi iş yeri və gəliri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatnı dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 09 iyul 2014-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, X3 30 sentyabr 2015-ci il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(032)-39/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasındakı 05 iyul 2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 iyul 2014-cü il tarixdə 811 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 09 iyul 2014-cü il təvəllüdlü X2 və 30 sentyabr 2015-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, 09 iyul 2014-cü il təvəllüdlü X2 və 30 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 29 avqust 2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi qət olunmuşdur. “AzeMis” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" QSC-də qazanxana qurğusu üzrə operator vəzifəsində işləyir, aylıq əmək haqqısı 900.72 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinin (birinci hissə) əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən “Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(032)-39/2023 saylı qətnaməsi ilə cavabdehin həmin dövrdə aylıq əmək haqqısı 1213,60 manat olması nəzərə alınaraq, alimentin onun əmək haqqısının 1/3 hissəsi miqdarında tutulmuşdur. Hazırda isə “AzeMis” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından isə görünür ki, Cavabdeh hazırda "xxxx" QSC-də qazanxana qurğusu üzrə operator vəzifəsində işləyir və aylıq əmək haqqısı 900.72 manatdır. İş üzrə mövcud olan qətnamə üzrə cavadehdən əmək haqqının 1/3 hissəsi məbləğində alimentin tutulmuş olması nəzərə alınacağı təqdirdə hazırda cavadehdən hər uşağa görə tutulacaq aliment 150 manat olur. Lakin hazırda uşaqlar üçün nəzərdə tutulmuş istehlak səbəti 246 manat müəyyən edilmişdir. Bu da onu göstərir ki, cavabdehin gəlirinin azalması səbəbindən alimentin qazancdan pay şəklində tutulması uşaqların maddi təminatının lazımi səviyyədə həyata keçirilməsinə imkan vermir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, bu hal İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Ona görə də, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 39/2023 saylı, 19 yanvar 2023-cü il tarixli saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində (400x0.475=190) sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 190x12=4560 manat təşkil etdiyindən, ödənilməli olan dövlət rüsumu məbləği 65.60 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 65.60 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-39/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.475 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 65.6 (altmış beş manat altmış qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1754/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1754/2025
16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver