Məhkəmə qərarları › İş №2(032)-1761/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1761/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1761/2025 25.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi 23 sentyabr 2025-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X2 onun himayəsində qalmasının müəyyən olunması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsində İddiaçı poçt ünvanı ünvan 1stemindən əldə edilmiş məlumatlardan da görünür ki, Nəsirova X3 rayonu, Köhünlü ərazi dairəsi, Sovla kəndi ünvanında qeydiyyatdadır. Həmin iddia ərizəsində Cavabdeh poçt ünvanı ünvan 1stemindən əldə edilmiş məlumatlardan da görünür ki, Nəsirov X1 rayonu, Köhünlü ərazi dairəsi, Sovla kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qeyd edilməlidir ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bundan əlavə, MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə İddiaçı seçiminə görə iddianı həm özünün rəsmi qeydə alındığı yer üzrə, həm də cavabdehin rəsmi qeydə alındığı yer üzrə (hər ikisi eyni ünvandır) Kürdəmir Rayon Məhkəməsinə verə biləcəyi təqdirdə, ərazi aidiyyəti qaydalarının pozulması ilə Şirvan Şəhər Məhkəməsinə vermişdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı iddia tələbi ilə həm özünün rəsmi qeydə alındığı yer üzrə, həm də cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə MPM-in 149-152-ci, 263-264-cü, 267-269-cu maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qəraraaldı: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia tələbi ilə həm özünün rəsmi qeydə alındığı yer üzrə, həm də cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar