Məhkəmə qərarları › İş №2(032)-1776/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1776/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1776/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş X5, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat, cəmi 705 manat olmaqla sabit pul məbləğində aliment və ödənilmiş 50 manat mediasiya xərci alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahımız Şirvan şəhər Qeydiyyat Şöbəsində 260 nömrəli nikah qeydi əsasında dövlət qeydiyyatına alınmışdır. Rəsmi nikahdan xx.xx.2019cu il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı 3 övladı anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olsa da, lakin son illərdə cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Buna görədə cavabdeh çox vaxt ondan ayrı yaşayır. Rəsmi nikahdan doğulmuş 3 uşaq hal-hazırda onun himayəsində yaşayırlar. Cavabdeh hal-hazırda rəsmi nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. Cavabdeh uşaqların saxlanılması ilə bağlı çəkilmiş xərclərdə iştirak etmir. Uşaqların maddi təminatını ödəməkdə çox çətinlik çəkir, yalnız valideynlərinin maddi köməkliyi ilə uşaqlarını saxlayır. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir.O hal hazırda “X15”MMC-də dəmirçi işləyərək aylıq 345 manat əmək haqqı alır. Uşaqların saxlanması üçün 170 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : AZ-İİ № 528616 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əliyeva (Allahverdiyeva) Zəhra Ədil qızının nikahı haqqında Şirvan şəhər Qeydiyyat Şöbəsində 30 sentyabr 2022-ci il tarixdə 260 №-li akt qeydi tərtib olunmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2023-cü il tarixdə X3 atası Cavabdeh, anası İddiaçıdır. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X13 daimi yaşadığı Zəngilan rayonunu tərk edərək hal-hazırda Şirvan şəhərində məskunlaşmışdır. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024- 02139 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” qanunun 29.3-ci maddəsinə əsasən arayış verilmişdir. Elektron məhkəmə informasiya sistemindən Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh “X15”MMC-də dəmirçi işləyərək aylıq 345 manat əmək haqqı alır. Elektron məhkəmə informasiya sistemindən X2 gəlir məlumatlarına dair çıxarışdan görünür ki, X1 Zəngəzur Regional Təhsil İdarəsində müəllim işləyərək 478 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa,habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə tərəflərin əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X5, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi 30 oktyabr 2024-cü il tarixdən hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (300 manat, 300 x 12 = 3600 manat, 3600-1000=2600; 2600 x 1%= 26; 26+30=56) 1000 manatdan çox olduğundan, cavabdehdən 56 (əlli altı) manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh 56 (əlli altı) məbləğində pul alınaraq dövlət nəfinə keçirilməli, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməldir. Məhkəmə qeyd olunanları və MPM-in 216-220, 234.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 30 oktyabr 2024-cü il tarixdən başlayaraq faktiki nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş X2, xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin . Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin . Mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar