Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1885/2024 27.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlu, kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Şirvan şəhər Bələdiyyəsi Şirvan şəhəri, Şirin Şükürov ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü ilə qədər 101,39 manat torpaq və əmlak vergi borcu iddiaçı Şirvan şəhər Bələdiyyəsinin xeyrinə cavabdeh (borclu) Borclu alınaraq tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditor Şirvan şəhər Bələdiyyəsinə geri qaytarılmalıdır. Belə ki, Borclu Şirvan şəhəri, Şirin Şükürov ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü ilə qədər 101,39 manat torpaq və əmlak vergi borcunu tələb etməsi göstərilsə də, lakin hansı tarixdən xx.xx.2024-cü ilə qədər ödənilməsini müəyyən etmək olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 284.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Şirvan şəhər Bələdiyyəsinin Borclu qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Kreditor Şirvan şəhər Bələdiyyəsinə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1885/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1885/2024
27.11.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver