Məhkəmə qərarları › İş №2(032)-1886/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1886/2024

28.11.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1886/2024 28.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu, kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin borclu X4 qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsi borclu X2 ünvan 1 ünvanında torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2024-cü il tarixə qədər 77.66 manat torpaq və əmlak vergi borcu iddiaçı Şirvan şəhəri Şirvan Bələdiyyəsinin xeyrinə cavabdeh (borclu) X1 tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, ərizəçi Şirvan şəhəri Şirvan Bələdiyyəsi cavabdeh (borclu) X4 qarşı tələb irəli sürsə də, ərizənin xahiş etdi hissəsində cavabdeh kimi X5 eyni zamanda X3 göstərmiş və borcun də həmin şəxsdən tutulması xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə prosessual qanunvericiliyin tələblərinə əsasən onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: Kreditor Şirvan şəhəri Şirvan Bələdiyyəsinin borclu X4 qarşı torpaq və əmlak vergisi borclarının geri alınması barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar