Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1921/2025 23.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinə 22 oktyabr 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Şirvan Şəhər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 8(032)-134/2025 saylı qərardada əsasən sonrakı artımlar nəzərə alınmaqla hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində təyin edilmiş alimentin azaldılmasını xahiş edir. İddia ərizəsindən göründüyü kimi, iddia ərizəsində iddiaçı Şirvan Şəhər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 8(032)-134/2025 saylı qərardada əsasən sonrakı artımlar nəzərə alınmaqla hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində təyin edilmiş alimentin azaldılması tələbini irəli sürmüş, lakin azaldılması tələb edilən alimentin miqdarı göstərilməmişdir. Belə olan halda tələb qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Beləliklə, məhkəmə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsində tələb edilən azaldılması istənilən alimentin miqdarının göstərilməməsi ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Şirvan Şəhər Məhkəməsinə iddia ərizəsinin verilməsi ilə əlaqədar 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar Şirvan Şəhər Məhkəməsinin büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1921/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1921/2025
23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver