Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1932/2024 06.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi 05 dekabr 2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, cavabdeh Babayev X1 rayonu Şorbaçı Ərazi İdarəsi, İkinci Paşalı kəndində qeydiyyatdadır. Göründüyü kimi qanunun tələbinə görə İddiaçı iddianı cavabdehin rəsmi qeydə alındığı yer üzrə (MPM-in 35.1) Hacıqabul Rayon Məhkəməsinə verə biləcəyi təqdirdə, ərazi aidiyyəti qaydalarının pozulması ilə Şirvan Şəhər Məhkəməsinə vermişdir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. MPM-in 114.1.3-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 152, 263, 264-cü və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılsın . İddiaçı ərazi aidiyyati üzrə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1932/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1932/2024
06.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver