Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-201/2023 17.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay uşağa görə qazancının və başqa gəlirlərinin yarısı (50 faizi) qədərində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X12 ilə 2012-ci ildə ailə qurmuşlar, nikahlarını xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X16 ,xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X17 adlı uşaqları anadan olmuş, cavabdeh uşağına baxmır və ona maddi yardım belə etmir. Cavabdehlə ailə münasibətləri ilk vaxtlarda normal olsada sonradan baş vermiş ziddiyyətlər ailənin dayaqlarını sarsıtmışdır və hazırda kirayədə yaşayır. Özünün və uşağın artan tələbatlarını təkbaşına təmin edə bilmir. Cavabdehin gəliri qeyri müntəzəm və dəyişən xarakterlidir. Birgə yaşayış dövründən o, kifayət qədər pul qazanmaq imkanına malikdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirərək cavabdehin hər ay üç uşağa görə cəmi 500 manat alimentin onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında izahat verərək iddianı qismən qəbul etdiyi 3 uşağa cəmi 500 manat aliment verə biləcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2016cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 X15 ilə bağlanmış nikahı xx.xx.2022-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 47 № ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-51/2022 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh X6 qarşı nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X10, xx.xx.2016-cı ildə anadan olmuş X7 və xx.xx.2021-ci ildə anadan olmuş X8 iddiaçı X5 yanında qalmasının müəyyən edilməsi, cavabdeh X2 28 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X10, xx.xx.2016cı ildə anadan olmuş X7 və xx.xx.2021-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən Beynəlxalq konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə alimentin məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin maddi vəziyyətini, uşaqların mənafeyini nəzərə alır və belə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 yanvar 2023-cü ildən hesablanmaqla xx.xx.1988-ci ildə ünvan 1 ünvanında yaşayan X1 hər ay hər biri üçün hər ay hər biri üçün 166,66 (bir yüz altımış altı manat altımış altı qəpik) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 80 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-51/2022 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək artırılsın, xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1988-ci ildə ünvan 1 ünvanında yaşayan X1 hər ay hər biri üçün 166,66 (bir yüz altımış altı manat altımış altı qəpik) manat olmaqla, üç uşağa cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul cavabdeh X1 alınaraq İddiaçı verilsin, dövlət rüsumu kimi 70 manat pul isə cavabdehdən alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-201/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-201/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver