Məhkəmə qərarları › İş №2(032)-268/2023

Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-268/2023

27.01.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-268/2023 27.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızı, Kreditor borclular ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Borclu, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan X1 və Zamin1 qarşı borcun alınması üçün məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim : ünvan 3 ünvanında yerləşən «Ağahüseyn» mağazasında fəaliyyət göstərən sahibkar Kreditor ilə Borclu arasında xx.xx.2021-ci il tarixli, 518 nömrəli müqavilə bağlanılmış, Zamin1 və X2 ilə qeyd olunan müqavilə üzrə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Borclu ümumi dəyəri 1800 manat olan bir ədəd JVC-55 (Smart) markalı televizor olmaqla, ilkin ödəniş 100 manat ödəməklə, qrafikə uyğun olaraq 7 ay 130 manat, 3 ay 200 manat, axırıncı 1 ay 190 manat ödəmək şərti ilə kreditlə götürmüşdür. Borclu 100 manat ilkin ödəniş, 1260 manat qalıq borcdan ödəniş etmişdir. Buna əsasən 440 manat əsas borc, 159 manat cərimə, ümumilikdə isə 599 manat məbləğində borc yaranmışdır. Borclulara göndərilən rəsmi xəbərnamədən sonra ümumilikdə 200 manat ödəniş etmişdir. Buna əsasən 159 manat cərimə tam silinmiş və əsas borcdan 41 manat silinib, nəticədə 399 manat əsas borc qalmışdır. Bu barədə borcluya və zaminə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş edilməmiş və qalan borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsində öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsində öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 445.1-ci maddəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsində kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Aidiyyət məsələsinə gəldikdə məhkəmə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatinə əsasən Şirvan şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin məcəllənin 40.3-cü Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, kreditorun tələbi əsaslıdır. Yuxarıda gösdərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281- 284-cü maddələrini rəhbər tutaraq. ƏMREDİRƏM: Borclular xx.xx.1991-ci ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olan, ünvan 1də qeydiyyatda olmaqla yaşayan Borclu, xx.xx.1992-ci ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Zamin1 və xx.xx.1966-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Zamin2 müştərək qaydada 399 (üç yüz doxsan doqquz) manat borcun və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan şəhər məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar