Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-269/2023 27.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Şirvan şəhər məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23a-da yerləşən Kreditor borclular – ünvan 1da yaşayan Borclu və ünvan 1-da yaşayan Zamin Xəqani qızına qarşı borcun alınması üçün məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23a-da yerləşən «Ağahüseyn» mağazasında fəaliyyət göstərən sahibkar Kreditor ilə Borclu arasında xx.xx.2022-ci il tarixli “765” saylı müqavilə bağlanılmış, Zamin Xəqani qızı zamin duraraq bu barədə həmin tarixdə zaminlik müqaviləsi imzalamışlar. Borclu ümumi dəyəri 801 manat olan bir ədəd “Samsung A 32” (64 gb) markalı mobil telefonu ilkin ödəniş etmədən, qrafikə uyğun olaraq hər ay 89 manat ödəmək şərti ilə ümumilikdə 9 ay müddətinə kreditlə götürmüşdür. Borclu 70 manat qalıq borcdan ödəniş etmiş və nəticədə müqavilənin tələblərini pozaraq 731 manat əsas borcu və 99 manat cərimə borcu, ümumilikdə isə 830 manat məbləğində borcu yaranmışdır.Borclulara göndərilən rəsmi xəbərdarlıqdan sonra hissə-hissə ümumilikdə 240 manat ödənil edilmişdir. Buna əsasən, 99 manat cərimə tam silinmiş, eyni zamanda əsas borcdan 141 manat silinmiş və nəticədə 590 manat məbləğində əsas borc qalmışdır. Odur ki, kreditor, borclular Borclu və Zamin Xəqani qızından müştərək qaydada 590 manat əsas borcun və ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əlavə edilmiş müqavilə və müqavilənin şərtlərindən göründüyü kimi, hazırki öhdəliyin təminatı kimi çıxış etmiş Zamin Xəqani qızı Borclu ilə birlikdə Kreditor Teyyub oğlu qarşısında eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsində kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Aidiyyət məsələsinə gəldikdə məhkəmə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatinə əsasən Şirvan şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin məcəllənin 40.3-cü Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, əmrin verilməsi ilə bağlı kreditor tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmri təmin edildiyindən kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borclulardan tutularaq kreditora ödənilməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, kreditorun tələbi əsaslıdır və tam şəkildə təmin edilməlidir. Yuxarıda gösdərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281- 284-cü maddələrini rəhbər tutaraq. ƏMR EDİRƏM : Borclular xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu və xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Zamin Xəqani qızından müştərək qaydada 590 (beş yüz doxsan) manat əsas borc və ərizə verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-269/2023
Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-269/2023
27.01.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver