Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-298/2023 24.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********04914 Samsung Galaxy A32 markalı telefon üçün 719,30 manat ödənilməmiş hissə, 71 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********36606 Samsung Galaxy A12 markalı telefon üçün 337,6 manat ödənilməmiş hissə, 33,1 manat cərimə; ümumilikdə 1161 manat borc, 31,61 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ KOD **********04914 Samsung Galaxy A32 və İMEİ KOD **********36606 Samsung Galaxy A12 markalı telefonlar alınmış, nəticədə 1161 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 363 manat (18 ay 44,46 manat + 1,1 manat ilkin ödəniş) İMEİ KOD **********04914 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 790,3 manat olmaqla ondan, 719,3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 71 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 517,6 manat (12 ay 39,8 manat + 40 manat ilkin ödəniş) İMEİ KOD **********36606 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 370,7 manat olmaqla ondan 337,6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33,1 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 262,08 manat təşkil edir. Ödəniş cədvəlinin ikinci bəndinə əsasən ödənişdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Cavabdehlə ararlarında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların Təhvil-Təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll edilməsi, öhdəliklərin lazimi qaydada icra edilməli olduğu rəsmi qaydada bildirilsə də, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdehnın qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, lakin borclu həmin ünvandan köçdüyündən zərf geri qayıtarılmışdır. Cavabdehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh 624,6 manat dəyərində Samsung Galaxy A32 markalı telefon 18 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay İOMİ REDMİ 9 3/32GB markalı telefon üçün 44,46 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “SAMSUNG GALAXY A32 DS (SM-A325) 128GB-BLACK, ESET NOD32 MOBİLE SECURİTY 1Y/1P, REKLAM BLOKLAYİCİ AWAX 12 AY, PAKET M, mobil tətbiqin yüklənməsi (1 ədəd), antivirusun quraşdırılması, akkaunt yaradılması, X1 3 il” məhsullar tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli Müqaviləsinə əsasən 390,04 manat dəyərində Samsung Galaxy A12 markalı telefon 12 ay müddətinə nisyə satılmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 22247299 nömrəli nisyə alqı-satqı Müqaviləsinin Əlavəsindən və Ödəniş cədvəlindən görünür ki, borclu hər ay İOMİ REDMİ 9 3/32GB markalı telefon üçün 39,8 manat ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh “SAMSUNG GALAXY A12 (SM-A127) 64GB-BLACK, PAKET M, ESET NOD32 MOBİLE SECURİTY 1Y/1P, REKLAM BLOKLAYİCİ AWAX 12 AY, mobil tətbiqin yüklənməsi (1 ədəd), antivirusun quraşdırılması, akkaunt yaradılması, X1 2 il” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İşə əlavə edilmiş Maliyyə arayışıdan görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 719,30 manat ödənilməmiş hissə, 71 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 337,6 manat ödənilməmiş hissə, 33,1 manat cərimə; ümumilikdə 1161 manat borc, 31,61 manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdehnın mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, müqavilələr ilə aldığı əşyaların dəyərini iddiaçı "xxxx" MMC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 719,30 manat ödənilməmiş hissə, 71 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 337,6 manat ödənilməmiş hissə, 33,1 manat cərimə; ümumilikdə 1161 manat borc, 31,61 manat məbləğində borc pul "xxxx" MMC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 31,61 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 719 (yedi yüz on doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 337 (üç yüz otuz yeddi) manat 60 (altmış) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat 10 (on) qəpik cərimə; ümumilikdə 1161 (min yüz altmış bir) manat borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 61 (altmış bir) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-298/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-298/2023
24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver