Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-357/2025 10.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlu, kreditor X1 borclular Borclu və Zamin qarşı borcun alınması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor X3 borclular Borclu və Zamin müştərək qaydada 800 manat əsas borc, 99 manat dəbbə borcu və ödənilmiş 100 manat məbləğində dövət rüsumunun alınması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditor X2 geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsin şəxsi məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu qeydiyyatda olduğu ünvan – ünvan 1dilmiş şəxsin şəxsi məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, borclu Zamin qeydiyyatda olduğu ünvan – ünvan 2spublikası MPM-nin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, kreditor X3 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından kreditor tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 277 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor X1 borclular Borclu və Zamin qarşı borcun alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi geri qaytarılsın. Kreditor X2 izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Ödənilmiş (Əməliyyat İD:743723691, qəbzin nömrəsi: 23127, terminal nömrəsi: ADM000030, xx.xx.2025-ci il tarixli) 100 manat dövlət rüsumu kreditor X2 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-357/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-357/2025
10.01.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver