Məhkəmə qərarları › İş №2(032)-359/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-359/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-359/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Musrtafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlak və qızıl-zinət əşyalarının qaytarılması və ya məbləğlərinin ödənilməsi tələbinə dair olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan cehiz əşyalar: 1 ədəd şfaner (Perla) – 500 manat, 2 ədəd kamot (Perla) – 500 manat, 1 ədəd taxt və yanındakı 2 ədəd şkaf (Perla) – 100 manat, uşaq beşiyi ( Ali bebe) – 300 manat, 1 ədəd uşaq şkafı – 20 manat, Stol və 6 ədəd stul (Perla) – 500 manat, 1 ədəd jurnalni (Perla) – 50 manat, 3 ədəd saat – 60 manat, mətbəx mebeli (Perla) – 1000 manat, 2 künc servant (Perla) – 300 manat, uşaq kolyaskası (Ali bebe) – 200 manat, dini lövhə (İran) – 50 manat, stol və 6 ədəd stul (Perla) – 300 manat, qapı girişi şkafı (Perla) – 300 manat, 1 ədəd künc divan (Perla) – 1500 manat, 1 ədəd soyuducu (Samsung) – 1100 manat, 1 ədəd paltaryuyan (Samsung) – 800 manat, 1 ədəd televizor (Samsung) – 800 manat, 1 ədəd kondisoner (LG) – 700 manat, 1 ədəd ütü (Samsung) – 40 manat, 1 ədəd tozsovuran (samsung) – 50 manat, 1 ədəd qaz və aspirator (Samsung) – 100 manat, 1 ədəd ət çəkən maşın (Zinger) – 100 manat, 1 ədəd şirəçəkən maşın (Samsung) – 70 manat, 1 ədəd toster (Sony) – 20 manat, 1 ədəd Blendr (Zimmer) – 20 manat, 1 ədəd kofeçəkən maşın (Sony) – 20 manat, 1 ədəd tok sımovar (Samsung) – 50 manat, 1 ədəd termos – 20 manat, 1 ədəd saç ütüsü (Braun) – 20 manat, 1 ədəd saç buran fen (Braun) – 30 manat, 1 ədəd soba – 100 manat, 1 ədəd mikrodalğalı soba (Elenberg) – 200 manat, 6 ədəd xalça (Veqas, biri Təbriz xalçası) – 300 manat, 6 ədəd çilçıraq – 200 manat, 4 ədəd pərdə - 200 manat, divan üstlüyü – 50 manat, 6 ədəd ədyal – 300 manat, 4 ədəd ayı oyuncaq – 100 manat, 1 ədəd pastel – 50 manat, 20 ədəd əlüz dəsmalı – 100 manat, hamam dəsmalı – 50 manat, abxor və 6 ədəd stəkanı – 50 manat, 3 ədəd güldan – 50 manat, meyvə qabı və konfet qabı (göy bağıma) – 50 manat, 1 ədəd meyvə qabı – 20 manat, 2 ədəd xrustal konfet qabı – 30 manat, 2 ədəd xrustal meyvə qabı – 100 manat, 1 ədəd lotkə xrustal qab – 20 manat, 2 ədəd ləpə qabı – 20 manat, 2 ədəd suviner qab – 150 manat, 6 ədəd çaynik – 50 manat, 2 ədəd qəfədan - 50 manat, 6 rumka böyük, 6 bakal balaca, 6 araq stəkanı (Vercase) – 50 manat, 6 ədəd Madonna servis – 100 manat, 6 ədəd çaşka və nəlbəki (Türkiyə) – 20 manat, 6 ədəd çaşka və nəlbəki (İran) – 20 manat, 6 ədəd çaşka və nəlbəki qara (İran) – 20 manat, 6 ədəd armudu stəkan, nəlbəki – 20 manat, 6 ədəd çaşka – 10 manat, 6 ədəd çaşka – 10 manat, 6 ədəd xrustal stəkan – 20 manat, 2 mərtəbə qab – 10 manat, bıçaq dəsti – 20 manat, tok qəfədan çaynikli – 20 manat, su qabı yanında 2 stəkan – 10 manat, 18 ədəd çəngəl, qaşıq, çay qaşığı – 40 manat, qranit qazan dəsti (Bosch) – 200 manat, çuqun qazan dəsti – 100 manat, Tefal qazan dəsti – 40 manat, 3 ədəd tava – 15 manat, qara tava qranit (izgara) – 20 manat, zibil qabı böyük və balaca 2 ədəd – 10 manat, 1 ədəd çörək yayan – 5 manat, 2 ədəd soğan çəkən kauçuk – 20 manat, 1 ədəd nayser-tayser – 5 manat, 10 ədəd gündəlik işlətmək üçün qab – 20 manat, 1 ədəd tefal qazan böyük (Bosch) – 20 manat, Abxor və 6 ədəd stəkan – 10 manat, 8 ədəd konfet qabı – 20 manat, 2 ədəd ayaqlı mürəbbə qabı – 10 manat, 3 ədəd kül qabı – 10 manat, 1 ədəd mürəbbə bişirmək üçün qab – 20 manat, 12 ədəd boşqab dəsti – 100 manat, Gül rəngli kauçuk qab – 5 manat, Ağ kauçuk qab dəsti – 5 manat, Ağ kauçuk qab – 5 manat, 3lü kauçuk qab – 5 manat, Qəfədan çaynikli güllü çuğun – 20 manat, 1 ədəd meyvə qabı – 10 manat, 1 ədəd tort qabı gül rəngli qapaqlı – 10 manat, 1 ədəd şirniyyat qabı – 10 manat, 2 ədəd gecə lampası – 10 manat, 1 ədəd yorğan 1 nəfərlik (Tac) – 50 manat, 1 ədəd yorğan 2 nəfərlik – 20 manat, 1 ədəd taxt döşəyi – 20 manat, 8 ədəd uşaq yastığı – 20 manat, 2 ədəd slikon yastıq (Tac) – 10 manat, 2 ədəd yastıq – 10 manat olan əmlakların özü, ya eynisi və ya bunlar olmadıqda əmlakların dəyəri olan 13065 manat pulun, Qızıl-zinət əşyaları: Sep kulon, 750 əyyar 8 qr - 950 manat, nişan üzüyü brilyant 4.500-600 manat, Sırğa, üzük dəst 585 əyyar 10 qram - 1000 manat, qolbaq 750 əyyar 4 qram-480 manat, Kəhrəba sırğa 5 qram 583 əyyar – 450 manat, cəmi 2700 manat olan qızıl-zinət əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 2700 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etmədən ailə qurmuş, faktiki nikahlarından 20 aprel 2021-ci il təvəllüdlü X7 doğulmuşdur. 04 may 2021-ci il tarixdə Cavabdeh X4 atası hesab edilmişdir. Əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədi. Cavabdehlə uzun müddətdir ki, ayrılmışdır. Həmin müddət ərzində cavabdeh nə onunla, nə də körpə uşağı ilə maraqlanmamışdır. Aliment tələbinə dair Salyan rayon Məhkəməsində iddia qaldırmışdır. Ailə qurarkən cavabdehin yaşadığı evə özünə məxsus cehiz əmlakları aparmışdır. Halhazırda cavabdeh ona məxsus cehiz əmlaklarını və hədiyyə edilmiş qızıl zinət əşyalarını ona verməkdən imtina edir. Ona məxsus əmlaklar gəlin köçdüyü evdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək siyahıda qeyd olunan əmlaklardan dəyəri 20 manat olan 1 ədəd uşaq şkafı, dəyəri 20 manat olan 1 ədəd saç ütüsü (Buraun), dəyəri 10 manat olan su qabı yanında 2 stəkan, dəyəri 20 manat olan qəfədan çaynikli güllü çuğun, dəyəri 10 manat olan 2 ədəd gecə lampasından 1 ədədi ümumiyyətlə olmamışdır. Qızıl-zinət əşyalarını isə iddiaçı özü satmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi cehiz əşyalarının qaytarılması və qızıl-zinət əşyalarının qayatarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, qeyd edilən hər iki tələbə ayrılqda hüquqi qiymət verilməldir. İddiaçının iddia tələbinin cehiz əşyaların qaytarılması hisəssəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin tələblə bağlı iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi miqdarda və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların özünün sahibliyində olmadığını sübut etməlidir. Lakin iddiaçı tərəfindən qeyd edilən əşyaların mövcudluğu və cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən isə həmin əşyaların mövcud olmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi 1 ədəd uşaq şkafı, 1 ədəd saç ütüsü (Braun) markalı, 1 ədəd çilçıraq, su qabı yanında 2 ədəd stəkan, qəfədan çaynikli güllü çuğundan qəfədan, 1 ədəd tort qabı gül rəngli qapaqlı, 1 ədəd gecə lampasının cavabdehdən özünün və ya dəyərinin alınması hissəsində təmin edilə bilməz. Digər cehz əşyalarına münasibətdə isə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə həll edilənədək (qətnamə qanuni qüvvəyə minənə qədər) cehiz əmlakları və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, əşyalara baxış keçirilən zaman icra sənədində adları qeyd olunan cehiz əmlaklarından 1 ədəd uşaq şkafının, 1 ədəd saç ütüsünün (Braun), 1 ədəd çilçıraqın, su qabı yanında 2 ədəd stəkanın, qəfədan çaynikli güllü çuğunndan qəfədanın, 1 ədəd tort qabı gül rəngli qapaqlının, 1 ədəd gecə lampası, həmin ünvanda olmaması müəyyən edilmiş, digər əmlakların isə yerində olması aşkar edilmişdir. Həmçinin cavabdeh tərəf Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən qeyd edilən əşyaların mövcudluğu və iddiaçıya məxsus olmasını inkar etməmişdir. Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddiaçının iddia tələbinin qızıl-zinət əşyaları: sep kulon, 750 əyyar 8 qr - 950 manat, nişan üzüyü brilyant 4.500-600 manat, sırğa, üzük dəst 585 əyyar 10 qram - 1000 manat, qolbaq 750 əyyar 4 qram-480 manat, kəhrəba sırğa 5 qram 583 əyyar – 450 manat, cəmi 2700 manat olan qızıl-zinət əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 2700 manat pulun qaytarılması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi, ev 10, mənzil 32-də yaşayan X5 14 dekabr 2022-ci il tarixdə ərizə ilə Şirvan şəhər polis şöbəsinə müraciət edərək gəlini İddiaçı ümumilikdə toy zamanı ona verilən qızılları və onun özünə məxsus 1300 manat dəyərində qızılları oğurlayaraq Vəfa adlı xanıma satmaq üçün verdiyini göstərmişdir. Araşdırma zamanı X5 izahatında göstərmişdir ki, 2022-ci ilin iyul ayının 26-da evdə yıxılaraq fəqərə sümüyü sınmışdır. Bundan bir ay sonra o, sağalaraq ayağa qalxa bilmişdir. 2022-ci ilin avqust ayının 26-da gəlini İddiaçı ailəsi tərəfindən öz ata evinə aparılmışdır. Səbəb kimi isə qızının bu cür şəraitdə yaşamaq istəməməsini bildirməsi olmuşdur. Təxminən 20 gün əvvəl qızıllarına ehtiyac olmuş və həmin qızılları tapmamışdır. Qonşulardan gəlini və oğlu yaşayan M.Ə.Rəsulzadə küçəsində yerləşən bina sakinlərindən gəlinin nə ilə məşğul olmasını soruşduqda, həmin ondan oğurladığı 1300 manat dəyərində qızılları və 2200 manat dəyərində toy zamanı aldıqları qızılları həmin binanın 4-cü mərtəbə sakini Vəfa adlı qadına satmaq üçün verdiyini öyrənmişlər. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 2019-cu ilin dekabr ayının 7-i tarixində qohumu Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların bir qız övladları vardır. Ailə həyatı qurduqları dövrdən bəri Ramillə aralarında bir sıra münaqişələr olmuşdur. Bu barədə o və valideynləri polis şöbələrinə müraciət etmişdir Ramil və valideynləri isə dəfələrlə onun etmiş olduğu şikayətlə bağlı ona yalvararaq, ondan barışıq istəmişlər. O da, Ramillə bağlı polis şöbəsində gedən araşdırma zamanı barışıq vermədiyi üçün Ramilin anası, yəni onun xalası da onunla bağlı Şirvan ŞPŞ-yə ərizə ilə muraciət edərək, guya onun Şamamaya məxsus olan 1300 manat dəyərində qızılları və digər toy zamanı almış olduğu qızılları oğurlamağı barədə ərizə ilə müraciət etmişdir. O, bu barədə deyə bilər ki, xalası Qubadova Şamamanın vermiş olduğu şikayət ərizəsi əsassızdır, şər və böhtan xarakterlidir. O, qonşusu Vəfaya 2022-ci ilin iyul ayında özünə məxsus olan bir cüt sırğanı və bir ədəd uzuyü satması üçün vermışdir. Həmin üzüyün pulunu yəni 150 manatı xalası Şamamaya vermişdir. Digər sırğanın pulunu isə götürərək yaşadığı Salyana valideynlərinin yanına getmişdir. Şamamanın vermiş olduğu şikayət ərizəsi əsasızdır, şər və böhtan xarakterlidir. Əksinə Ramil ona məxsus qızılları işi ilə əlaqədar satmışdır. Lakin ailə olduqlarından bu barədə şikayət etməmişdir. Araşdırma zamanı X3 izahatında göstərmişdir ki, 30 ildən artıq müddətdir ki, yaşadığı ünvanda qalır. Şamama və ailəsi onlarla uzun müddətdir ki, qonşudur. Şamamanın oğlu Ramil təxminən iki il əvvəl Zəhraxanım adlı qohumu ilə evlənmişdir Ramilin Jasmin adlı bir qızı vardır. Zəhraxanım adlı qonşusu ilə onun 2022-ci ilin iyun ayında münasibətləri yaranmışdır. Zəhraxanım onu yaşadığı evin eyvanında görub adını çağırmış, sonradan yaşadığı evə qonşu kimi gəlmiş, onunla münasibətlər yaratmışdır. 2022-ci ilin iyun ayında Zəhraxanım onu yaşadığı evin qarşısına çağıraraq ondan bir məsələdə köməklik istəmişdir. Zəhraxanım valideynləri ilə danışmaqdan ötrü ondan telefonunu istəmiş və o, telefonunu Zəhraxanıma vermişdir. 15 dəqiqədən sonra Zəhraxanım telefonunu ona qaytarmışdır. 2022-ci ilin iyul ayının əvvəlləri olmuşdur ki, Zəhrəxanım onun evinin qarşısına çağıraraq, ona Salyan rayonuna gedəcəyini və üzüyünün olmasını ondan da, həmin üzüyün satılmasını xahiş etmişdir. O, Zəhraxanımdan üzüyünü alaraq, Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzində olan qızıl qəbul edən şəxsə 200 manata satmışdır. O, Zəhraxanıma 150 manat pul vermişdir. Qalan 50 manat pulu isə götürdüyünü, gələcəkdə ona olan 50 manat borcunu qaytaracağını bildirmişdir. Təxminən bir həftə keçmişdir ki, təkrar Zəhraxanım onu evinin qarşısına çağıraraq, qızıl cüt sırğasının olmasını və pul lazım olduğundan həmin sırğanı satmağını xahiş etmişdir. O, təkrar həmin qızıl sırğanı “Elit” ticarət mərkəzində olan qızıl qəbul edən şəxsə 200 manata satmışdır. Bu barədə o, Zəhraxanıma məlumat vermişdir. Lakin Zəhraxanım ona həmin 200 manata mobil telefon almağını xahiş etmişdir. Ona qonşusu Şahinin mobil telefon satmasını söyləmişlər. O, 250 manatı Şahinə verərək, mobil telefonu almışdır. Zəhraxanım ondan nömrə də istədiyindən o, əvvəllər işlətmiş olduğu “sim kart” nömrəsini telefonla birlikdə Zəhraxanıma vermişdir. Bundan əlavə əvvəllər Zəhraxanım qızıllarını satması üçun qonşuları Mədinədən xahiş etmiş, lakin Mədinə sata bilməmişdir. Zəhraxanım ona bir cüt sırğa və bir üzük vermişdir. Ona həmin qızıların özünə aid olmasını söyləmişdir. Lakın o, Zəhraxanıma ilkin 150 manat pulu verdikdə, Zəhraxanımın qaynanası Şamamaya 150 manat pulu blokdan tapması barədə söhbət etdiyini öyrənmişdir. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda ifadəsi alınmış olan X5, İddiaçı və X1 vermiş olduğu izahatlarından məlum olur ki, hazırda iddiaçının iddia etdiyi qızıl zinyət əşyalarından qızıl üzük, təkararən bir cüt sırğa və bir üzük Zəhrəxanım tərəfindən satılmışdır. Eyni zamanda məhkəmə iclasında izahat vermiş cavabdeh qızıl-zinət əşyalarının mövcudluğu inkar edilməmiş və həmin qızıl-zinət əşyalarının iddiaçının özü tərəfindən satılmış olduğunu iddia etmişdir. Bunu sübutedəcək hal kimi Şirvan şəhər Polis şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında yuxarıda adları qeyd edilən şəxslərin vermiş olduğu izahatlarını əsas gətirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı qızıl-zinət əşyaları: sep kulon, 750 əyyar 8 qr, - 950 manat, nişan üzüyü brilyant 4.500- 600 manat, sırğa, üzük dəst 585 əyyar 10 qram-1000 manat, qolbaq 750 əyyar 4 qram- 480 manat, kəhrəba sırğa 5 qram 583 əyyar – 450 manat, cehiz əmlakı: dəyəri 20 manat olan 1 ədəd uşaq şkafı, dəyəri 20 manat olan 1 ədəd saç ütüsü (Buraun) markalı, dəyəri 10 manat olan su qabı yanında 2 stəkan, dəyəri 20 manat olan qəfədan çaynikli güllü çuğun, dəyəri 5 manat olan gecə lampasının alınıb verilməsinə dair hissədə hər hansı bir sübut təqdim etmədiyində təmin edilməməli, qalan əşyalarla bağlı hissədə isə iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 89 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 89 manat dövlət rüsumunun 39 manat hissəsi iddiaçıya aid edilməli, 60 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şirvan şəhəri, 20 yanvar küçəsi ev 2, mənzil 7-də yerləşən: cehiz əmlak olaraq: 1 ədəd şfaner (Perla), 2 ədəd kamot (Perla), 1 ədəd taxt və yanındakı 2 ədəd şkaf (Perla), uşaq beşiyi ( Ali bebe), stol və 6 ədəd stul (Perla), 1 ədəd Jurnalni (Perla), 3 ədəd saat, Mətbəx mebeli (Perla), 2 künc servant (Perla), uşaq kolyaskası (Ali bebe), dini lövhə (İran), stol və 6 ədəd stul (Perla), qapı girişi şkafı (Perla), 1 ədəd künc divan (Perla), 1 ədəd Soyuducu (Samsung) markalı, 1 ədəd Paltaryuyan (Samsung) markalı. 1 ədəd Televizor (Samsung) markalı, 1 ədəd Kondisoner (LG) markalı, 1 ədəd ütü (Samsung) markalı, 1 ədəd Tozsovuran (samsung) markalı, 1 ədəd qaz və aspirator (Samsung) markalı, 1 ədəd ət çəkən maşın (Zinger) markalı, 1 ədəd Sokçəkən maşın (Samsung) markalı, 1 ədəd Toster (Sony) markalı, 1 ədəd Blendr (Zimmer) markalı, 1 ədəd kofeçəkən maşın (Sony) markalı, 1 ədəd tok smovar (Samsung) markalı, 1 ədəd termos, 1 ədəd saç buran fen (Braun) markalı, 1 ədəd soba, 1 ədəd Mikr dalığalı soba (Elenberg) markalı, 6 ədəd xalça (Veqas, biri Təbriz xalçası) markalı, 6 ədəd lyuster, 4 ədəd pərdə, Divan üstlüyü, 6 ədəd ədyal, 4 ədəd ayı, 1 ədəd döşək üzlüyü, 20 ədəd əlüz dəsmalı, Hamam dəsmalı, Abxor və 6 ədəd stəkanı, 3 ədəd Güldan, meyvə qabı və konfet qabı (göy bağıma), 1 ədəd meyvə qabı, 2 ədəd xrustal konfet qabı, 2 ədəd xrustal meyvə qabı, 1 ədəd lotkə xrustal qab, 2 ədəd ləpə qabı, 2 ədəd suviner qab, 6 ədəd çaynik, 2 ədəd qəfədan, 6 rumka böyük, 6 bakal balaca, 6 araq stəkanı (Vercase) markalı, 6 ədəd Madonna Servis, 6 ədəd çaşka və nəlbəki (Türkiyə), 6 ədəd çaşka və nəlbəki (İran) istehsalı, 6 ədəd çaşka və nəlbəki qara (İran) istehsalı, 6 ədəd armudu stəkan, nəlbəki, 6 ədəd çaşka, 6 ədəd çaşka, 6 ədəd xrustal stəkan, 2 mərtəbə qab, bıçaq dəsti, Tok qəfədan çaynikli, 18 ədəd çıngəl, qaşıq, çay qaşığı, Qranit qazan dəsti (Bosch) markalı, çuqun qazan dəsti, Tefal qazan dəsti, 3 ədəd tava, Qara tava qranit (izgara), zibil qabı böyük və balaca 2 ədəd, 1 ədəd çörək yayan, 2 ədəd soğan çəkən kauçuk, 1 ədəd nayser-tayser, 10 ədəd gündəlik işlətmək üçün qab, 1 ədəd tefal qazan böyük (Bosch) markalı, 8 ədəd konfet qabı, 2 ədəd ayaqlı mürəbbə qabı, 3 ədəd külqabı, 1 ədəd mürəbbə bişirmək üçün qab, 12 ədəd boşqab dəsti, 1 ədəd gecə lampası, Gül rəngli kauçuk qab, ağ kauçuk qab dəsti, ağ kauçuk qab, 3-lü kauçuk qab, 1 ədəd meyvə qabı, 1 ədəd tort qabı gül rəngli qapaqlı, 1 ədəd şirniyyat qabı, 1 ədəd yorğan 1 nəfərlik (Tac), 1 ədəd yorğan 2 nəfərlik, 1 ədəd taxt döşəyi, 8 ədəd uşaq yastığı, 2 ədəd slikon yastıq (Tac), 2 ədəd yastıq olan əşyalarının özləri, olmadıqda onların pul ilə dəyəri alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları: sep kulon, 750 əyyar 8 qr, - 950 manat, nişan üzüyü brilyant 4.500-600 manat, sırğa, üzük dəst 585 əyyar 10 qram-1000 manat, qolbaq 750 əyyar 4 qram-480 manat, Kəhrəba sırğa 5 qram 583 əyyar – 450 manat, Cehiz əmlakı: 1 ədəd uşaq şkafı, 1 ədəd saç ütüsü (Buraun) markalı, su qabı yanında 2 stəkan, qəfədan çaynikli güllü çuğun, 1 ədəd gecə lampasının alınması hissəsində iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi iddiaçıya aid edilsin. Ödənilmiş olan dövlət rüsumunun 60 (altmış) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar