Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-437/2024 24.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi münasibətdən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X18 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir müddət qeyri-rəsmi münasibətdə olmuşdur. Həmin müddət ərzində cavabdehlə rəsmi nikahları olmamışdır. Birgə münasibətləri dövründə həmin münasibətdən xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehin günahı ucbatından qeyri-rəsmi münasibətləri pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-146/2023 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X18 adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmasından ötrü hər ay hər bir uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən şikayəti qismən təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən hər bir uşağa hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Aliment təyin olunan vaxt fərdi sahibkar olaraq fəaliyyət göstərirdi və məhkəmə də onun vergi dövriyyəsinə əsasən belə yüksək məbləğdə aliment kəsmişdir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, onun vergi dövriyyəsi bütünlüklə qazancadan ibarət deyil, orada vergi və digər məcburi tutulmalar, kommunal xərclər, işçilərin maaşları və sosial ödəmələri, məhsulların maya dəyəri vardır. Hal-hazırda sahibkar olaraq deyil, yalnız işçi kimi fəaliyyət göstərir və aylıq əmək haqqısı isə 350 manatdır. Bundan əlavə ailəlidir, X13 ilə rəsmi nikahdadır. Qumru ilə rəsmi nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Onların tələbatları, təhsilləri və sair xərclərini yüksək məbləğb aliment ödəməyinə əsasən tam təmin etməkdə çətinlik çəkir. Buna görə də alimentin məbləğinin dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh ilkin iddianı etiraf etmədi, məhkəməyə qarşılıqlı iddia təqdim edərək bildirmişdir ki, İddiaçı ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə girib təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi yaşamış, nikahlarını rəsmləşdirməmişlər. İddiaçılə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur. Hal-hazırda həmin uşaqlar sağ salamat olmaqla ananın himayəsində yaşayır. Cavabdeh İddiaçı Niyətxa oğlu ilə faktiki nikahlarından 18 mart 2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X14 atalıq vermişdir. Rəşad ona və uşaqlarına bir ailə kimi baxmır, hazırda iki uşaqları saxlamaqda çox çətinlik çəkir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 250 manat olmaqla, iki uşağa cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə təmin edilmişdir. Lakin İddiaçı Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin edilmiş və hər ay bir uşağa 200 manat olmaqla, iki uşağa 400 manat olmaqla müəyyən edilmişdir. İş üzrə cavabdeh İddiaçı iki uşağa ödədiyi 400 manat aliment uşaqların maddi təlabatına hal-hazırda çatmır. Cavabdeh İddiaçı yüksək məbləğdə gəlirləri var. Lakin cavabdeh həmin alimenti ödəməkdən yaxa qurtarmaq üçün sahibkarlıq faliyyətini dayandırıb, digər şəxsin adına sənədləşdirmiş və özünü həmin yerə işçi kimi qeydiyyata aldırmışdır. Ona görə ki, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatları artdığı üçün iş üzrə cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edir. xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X18 adlı uşaqların saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(106)-632/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı onun xeyrinə tutulan aliment miqdarının artırılaraq hər ay, hər bir uşaq üçün 500 manat, cəmi 1000 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı qarşılıqlı iddianı qəbul etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib, belə hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia tələbi isə aşağıdakı əsaslara görə rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən qeyri-ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir işləyir, aylıq əmək haqqısı isə 350 manat təşkil edir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında nikah xx.xx.2004-cü ildə Əli-Bayramlı şəhər Nikah evində 93 № ilə qeydə alınmışdır, X13 nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-146/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh İddiaçı qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanında yaşayan İddiaçı hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-632/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanında yaşayan İddiaçı hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh qızına verilməsi hissəsində dəyişdirilərək alimentin məbləği hər uşağa görə 200 (iki yüz) manat cəmi 400 (dörd yüz) manat olmaqla müəyyən edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 61 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur, ana qrafasında Cavabdeh, ata qrafasında İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti “X26” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X11 Azərbaycan Dillər Universitetində Təhsil 1 fakültəsinin əyani şöbəsinin Xarici dil müəllimliyi ixtisasının 1-ci kursunda (ödənişli əsaslarla) tələbəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) sahibkarlı fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən dayandırılmış vəziyyətdədir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və əsaslandığı hallar Alimentin azaldılmasına dair ilkin iddiaya münasibətdə Qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin azaldılması barədə irəli sürülmüş ilkin iddia tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Belə ki, artıq bildirdiyimiz kimi, məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, aliment öhdəliyini icra edən tərəfin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı hazırda nikahdadır, bu nikahdan ikisi yetkinlik yaşına çatmamaqla 3 övladı var, arvadı Qumru Məmmədova rəsmi işləmir, qızı Lamiə Abdullayeva Azərbaycan Dillər Universitetində ödənişli əsaslarla təhsil alır. Göründüyü kimi İddiaçı həm rəsmi nikahından olan üç övladının həm də, faktiki nikahından olan iki uşağının ən azından yaşayış minimumu həddində dolanacaq xərclərini çəkir. Yəni məhkəmə aliment müəyyən edilmiş faktiki nikahdan olan uşaqların mənafeyini nəzərə aldığı kimi İddiaçı rəsmi nikahından dünyaya gəlmiş övladlarının da mövcud ola biləcək maddi xərclərini, tələbatlarını, onun rəsmi aylıq qazancını da nəzərə almalıdır. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, tərəflərin maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin - valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər- prinsipi yəni, uşaqların saxlanması atanın vəzifəsi olduğu kimi əmək və tam fəaliyyət qabiliyyətli ananın da vəzifəsidir müddəası baxımından məhkəmə hesab edir ki, bir uşağa görə alimentin məbləği müəyyən edilərkən - qanunla hər uşağın saxlanması üçün yaşayış minimumu kimi müəyyən olunan 235 manat məbləğin onlar arasında faktiki vəziyyətləri nəzərə alınmaqla bölünmə mexanizmini də tətbiq etmək mümkündür. Qeyd edilənləri ümumiləşdirsək məhkəmənin qənaəti belədir ki, ilkin iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment dəyişdirilərək azaldılmalı, alimentin miqdarı hər uşaq üçün 160 manat olmaqla, iki uşağa cəmi 320 (üç yüz iyirmi) manat müəyyən edilməlidir. Alimentin artırılmasına dair qarşılıqlı iddiaya münasibətdə Bu hissədə məhkəmə hesab edir ki, ilkin iddianın qismən təminini mümkün edən və yuxarıda sadalanan hallara münasibətdə qarşılıqlı iddianın müsbət prespektivli sonluqla nəticələnməsi istisna edilir. Belə ki, mülki prosessual qanunvericiliyin - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır - müddəası baxımından hazırki iş üzrə tam əksi müəyyən edildiyindən, yəni ilkin iddia qarşılıqlı iddianın təminini bütövlükdə aradan qaldırdığından qarşılıqlı qaydada irəli sürülmüş tələb rədd edilməlidir. Həmçinin Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(106)-632/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı onun xeyrinə tutulan aliment miqdarının artırılaraq hər ay, hər bir uşaq üçün 500 manat, cəmi 1000 manat alimentin tutulmasını tələb etsə də, alimentin artırılmasını labüd edən və ya cavabdeh tərəfin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı hər hansı yeni halı məhkəmədə sübuta yetirə bilməmişdir. Unutmaq olmaz ki, hazırda mübahisəsi gedan aliment yetkinlik yaşına çatmayan uşaqların saxlanılması məqsədilə təyin olunur və tərəflər arasında şəxsi prinsipial məqamlardan irəli gələn üstünlük və ya qazanc əldə etmək niyyətinə heç bir halda xidmət etmir. Aliment uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti daşıyır və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə tərəfi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində dövlət rüsumundan və 50 manat mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ilkin iddia qismən təmin edilməyinə baxmayaraq, aliment alan tərəf kimi ilkin iddia üzrə cavabdeh məhkəmə xərclərindən azad edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-632/2023 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanında yaşayan İddiaçı hər ay hər uşağa görə 200 (iki yüz) manat, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment dəyişdirilərək azaldılmalı, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı hər ay hər uşağa görə 160 (bir altmış yetmiş) manat, iki uşağa görə 320 (üç iyimi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddia üzrə məhkəmə xərcləri iddiaçıya, qarşılıqlı iddia üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-437/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-437/2024
24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver