Məhkəmə qərarları › İş №2(048)-216/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-216/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-216/2024 20.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı Lerik Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(048)-357/2021 saylı qətnaməsi ilə təyin edilmiş aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki işə məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı İcra sənədinə əsasən Ərizəçi xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində, xx.xx.2023-ci il tarixdən hər ay hər uşağa görə 220 (iki yüz İyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq tələbkar Maraqlı şəxs2 xeyrinə ödənildiyindən, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı qətnaməsi ilə, xx.xx.2021-ci tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq Ərizəçi X2 verilməsi hissəsində aliment öhtəliyinə xitam verilməsini, bundan başqa Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)- 437/2023 saylı icra sənədi Maraqlı şəxs1 icraatına daxil olduğu tarixdən Lerik rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ödədiyi alimentin əvəzlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X3 cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşağların onun yanında saxlanması tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmiş, sözügedən mülki işə tərəflərin iştirakı ilə 23 sentyabr 2021-ci il tarixdə baxılmış, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ərizəçi ilə X3 arasında Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2008-ci il tarixli, 237 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2011-cü il tarixdə doğulmuş X7 adlı uşaqların anası X1 himayəsində saxlanılmaqla, birgə nikahından olan xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2011-cü il tarixdə doğulmuş X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq Ərizəçi X2 verilməsi və nikah pozulduqdan sonra X2 nikahdan əvvəlki (Balayeva) soyadını daşımaq hüququ verilməsi qərara alınmışdır. Lerik rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(048)357/2021 saylı qətnaməsi və icra vərəqəsi icra olunmasından ötrü Lerik rayon İcra və Probasya şöbəsinə göndərilmişdir. Hazırda Maraqlı şəxs1 2(048)357/2021 saylı mülki iş üzrə icra tədbirlərini davam etdirir.Sonradan xx.xx.2023-ci il tarixdə Maraqlı şəxs1nə Bakı şəhəri, Xətai rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı icra sənədinə əsasən Ərizəçi xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində, xx.xx.2023-ci il tarixdən har ay hər uşağa görə 220 (iki yüz İyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq tələbkar Maraqlı şəxs2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı qətnaməsi ilə yeni aliment məbləği təyin edilərərkən Lerik rayon Məhkəməsinin 2(048)-357/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə münasibət bildirilməmişdir. Belə olan halda fərqli birinci inistansiya məhkəməsinin 2 (iki) qətnaməsi üzrə aliment ödənilməsi üzərinə qoyulmuş, onun maddi vəziyyəti araşdırılmadan hüquqları kobud şəkildə pozulmuş, nəticədə əsasız olaraq adında külli miqdarda aliment borcu yaranmışdır.Halbu ki, Lerik Rayon Məhkəməsi və Bakı şəhəri, Xətai rayon Məhkəməsi hər ikisi birinci instansiya məhkəməsidir.Hazırda Lerik İcra və Probasiya şöbəsinin icraatında olan, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı, və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı icra sənədləri arasında zidiyyət yaranmışdır.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Marqlı şəxs Maraqlı şəxs2 məhkəməyə teleqramla müraciət edərək azyaşlı uşaqlarının məktəb problemləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizədə qoyulmuş tələbin rədd edilməsini, Ərizəçi 2024-cü ilin yanvar fevral aylarının aliment ödənişləri də daxil olmaqla ümumilikdə 3816 manat aliment borcunun yarandığını ərizəçinin ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqına şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayon Məhkəməsin xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı qətnaməsindən görünür ki, Ərizəçi xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində, xx.xx.2023-ci il tarixdən hər ay hər uşağa görə 220 (iki yüz İyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq Maraqlı şəxs2 verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 60.1-ci maddəsinin tələbinə görə valideynlik hüquqları uşaqların mənafeinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edilir. 61.1-ci maddəsinin tələbinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinin tələbinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 61.4-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki prosesual qanunvericiliyinə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-in “Uşaq hüquqları Haqqında” Konvensiyasının 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeyi tam nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideynlər və ya digər şəxslər bu qayğını göstərmirlərsə, onda dövlət uşağı hər bir qayğı ilə təmin etməlidir. Həmin konvensiyanın 9-cu maddəsində göstərilir ki, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu ən yaxşı halda uşağın mənafeyinə zidd olmasın. Uşaq valideynlərinin hər biri ilə və ya hər ikisi ilə ayrılıqda əlaqə saxlamaq hüququna malikdir. Məhkəmə aliment öhtəliklərinə xitam verilməsi ilə bağlı hissə ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsində qeyd olunmuşdur ki,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını, və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olub evlənmiş və onların birgə nikahdan Fidan və Azər adlı uşaqları doğulmuşdur. Tərəflər arasında yaranmış narazılıqdan sonra xx.xx.2021-ci il taixli 2(048)- 357/2021 saylı qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, tərəflərin birgə nikahından olan uşçaqların saxlanması üçün Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq Maraqlı şəxs2 verilməsi qət edilmişdir.Daha sonra Maraqlı şəxs2 Bakı şəhəri, Xətai rayon Məhkəməsinə aliment tələbi ilə yenidən müraciət etmişdir.Bakı şəhər Xətai Rayon Məhkəməsində Lerik Rayon Məhkəməsinin qətnaməsinə münasibət bildirilmədən yenidən xx.xx.2023-ci il tarixli, 2(011)-437/2023 saylı qətnaməyə əsasən Ərizəçi xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində, xx.xx.2023-ci il tarixdən hər ay hər uşağa görə 220 (iki yüz İyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq Maraqlı şəxs2 verilməsi qət edilmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq belə qənaətə gəlir ki, Lerik rayon Məhkəməsinin 23 sentyabr 2021-ci iul tarixli 2(048)-357/2021 saylı qətnaməsinin Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq Maraqlı şəxs2 verilməsi hissəsində alimnet öhdəliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayəçilik orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Lerik Rayon Məhkəməsinin Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı qətnaməsi ilə xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq iddiaçı X2 verilməsi hissəsində aliment öhdəliyinə xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-357/2021 saylı qətnaməsi ilə xx.xx.2009-ci il təvəllüdlü, X5 və xx.xx.2011-ci il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həcmində aliment tutularaq iddiaçı X2 verilməsi hissəsində aliment öhdəliyinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: tabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar