Məhkəmə qərarları › İş №2(106)-1175/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1175/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1175/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X12 ibarət tərkibdə, X32 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-437/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi münasibətdən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X24 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir müddət qeyri-rəsmi münasibətdə olmuşdur. Həmin müddət ərzində cavabdehlə rəsmi nikahları olmamışdır. Birgə münasibətləri dövründə həmin münasibətdən xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X24 adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehin günahı ucbatından qeyri-rəsmi münasibətləri pozulmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-146/2023 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X24 adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmasından ötrü hər ay hər bir uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən şikayəti qismən təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən hər bir uşağa hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Aliment təyin olunan vaxt fərdi sahibkar olaraq fəaliyyət göstərirdi və məhkəmə də onun vergi dövriyyəsinə əsasən belə yüksək məbləğdə aliment kəsmişdir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, onun vergi dövriyyəsi bütünlüklə qazancadan ibarət deyil, orada vergi və digər məcburi tutulmalar, kommunal xərclər, işçilərin maaşları və sosial ödəmələri, məhsulların maya dəyəri vardır. Hal-hazırda sahibkar olaraq deyil, yalnız işçi kimi fəaliyyət göstərir və aylıq əmək haqqısı isə 350 manatdır. Bundan əlavə ailəlidir, X18 ilə rəsmi nikahdadır. Qumru ilə rəsmi nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Onların tələbatları, təhsilləri və sair xərclərini yüksək məbləğb aliment ödəməyinə əsasən tam təmin etməkdə çətinlik çəkir. Buna görə də, alimentin məbləğinin dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir. X1 Rəşad Niyətxan oğluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X24 adlı uşaqların saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(106)-632/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı onun xeyrinə tutulan aliment miqdarının artırılaraq hər ay, hər bir uşaq üçün 500 manat, cəmi 1000 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 2018-ci ildə ailə münasibətinə girib təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi yaşamış və nikahlarını rəsimləşdirməmişlər. İddiaçılə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X24 adlı uşaqları anadan olmuşdur. Hal-hazırda həmin uşaqlar sağ salamat olmaqla ananın himayəsində yaşayır. İddiaçı Niyətxa oğlu ilə faktiki nikahlarından 18 mart 2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X20 atalıq vermişdir. Rəşad ona və uşaqlarına bir ailə kimi baxmır, hazırda iki uşaqları saxlamaqda çox çətinlik çəkir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 250 manat olmaqla, iki uşağa cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə təmin edilmişdir. Lakin İddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin edilmiş və hər ay bir uşağa 200 manat olmaqla, iki uşağa 400 manat olmaqla müəyyən edilmişdir. İş üzrə cavabdeh İddiaçı iki uşağa ödədiyi 400 manat aliment uşaqların maddi təlabatına halhazırda çatmır. Cavabdeh İddiaçı yüksək məbləğdə gəlirləri var. Lakin cavabdeh həmin alimenti ödəməkdən yaxa qurtarmaq üçün sahibkarlıq faliyyətini dayandırıb, digər şəxsin adına sənədləşdirmiş və özünü həmin yerə işçi kimi qeydiyyata aldırmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-437/2024 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) ilkin iddia qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-632/2023 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-ci ildə ünvan 1 ünvanında yaşayan İddiaçı hər ay hər uşağa görə 200 manat, iki uşağa görə 400 (manat sabit pul məbləğində alimentin dəyişdirilərək azaldılması, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı hər ay hər uşağa görə 160 manat, iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə məhkəmə xərclərinin iddiaçıya, qarşılıqlı iddia üzrə məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini nilkin iddia üzrə ləğv edilməsini, qarşılıqlı iddia üzrə təmin edilməsi barədə qətnamə qəbul edəsiniz. xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 2015-ci ildə Rəşadla tanış olandan sonra Şirvan şəhərində yerləşən 69-cu mağaza “Climber” işləyirdi, qızları olanda tez 2023-cü ildə başqa bir adamın adına keçirtmişdir ki, alimentdən yayınsın, onda da deyirdi ki, vəziyyəti pisdir, alimenti ödəyə bilməyəcək, amma həmin vaxtda “My butik” mağazasını açmışdır. Hal-hazırda İddiaçı 3 mağazası var. Birini arvadı Qumru işlədir, birini özü, digərini də işçiyə verib işlədir. “Climber” mağazasında iki satıcısı var, özü də bütün gün həmin mağazada nəzarət edir. Birdən-birə necə olur ki, aliment kəsiləndən sonra mağazanı adından çıxardıb digər işçisinin adına keçirib, özünü isə həmin mağazada işçi kimi sənədləşdirib. Satıcı olduqdan sonra 300 manat özünə əmək haqqı kimi qeyd etdirir, amma dediyinə görə illik qızının təhsil haqqına görə 2000, ondan sonra iki uşağı 50 manatdan 5-6 fənn, ondan başqa qətnamə çıxarılmamışdan qabaq 400 manat aliment verirmişdir. 300 manat əmək haqqı ilə bunları reallaşdırmaq mümkün deyil. Məqsəd ancaq ona ödənilən alimentdən yaxa qurtarmaqdır. Birinci instansiya məhkəməsi aliment hissəsində qanunsuzluğa yol vermişdir. O heç bir yerdə işləmir, işsizdir, bunanla bağlı işsizlik barədə arayış almışdır. Bundan başqa, himayəsində anasından başqa heç kimi yoxdur. Rəşad belə qeyd edir ki, Şirvan Şəhər Məhkəməsində aliment təyin olunan vaxt fərdi sahibkar olaraq fəaliyyət göstərirdi və məhkəmə də onun vergi dövriyyəsinə əsasən belə yüksək məbləğdə aliment kəsmişdir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, onun vergi dövriyyəsi bütünlüklə qazancadan ibarət deyil, orada vergi və digər məcburi tutulmalar, kommunal xərclər, işçilərin maaşları və sosial ödəmələri, məhsulların maya dəyəri vardır. Hal-hazırda sahibkar olaraq deyil, yalnız işçi kimi fəaliyyət göstərir və aylıq əmək haqqısı isə 350 manatdır. İddiaçı apellyasiya şikayətinə etiraz verərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(032)-437/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iki övladı vardır, onların ehtiyaclarını ödəyə bilmir. İddiaçının mağazasına aid qaimənin iş materiallarına əlavə edilərək tədqiq edilməsini istəyir. Bu ilin avqust ayına aid qaiməyə əsasən mağaza ona məxsudur və mağazaya aid bütün malları da özü alır. Nikanın pozulmasını o yox, iddiaçı istəyib. Birinci instansiya məhkəməsində qarşı tərəf bildirib ki, xərcləri vardır, uşaqların oxuması üçün xərcləri olur, lakin onun geniş maddi imkana malik olduğu iş materialları ilə sübut olunur. Onun avtomobili arvadının adınadır. Öz mağazasına özünü işçi kimi qeyd etdirib. Özü işləmir rəsmi qazancı yoxdur. Uşağın xəstəliyi var, əməliyyat etdirməlidir. İddiaçının “Elit Ticarət Mərkəzi”ndə 1, əlavə də 2 mağazası da vardır. Aliment ödənişlərini də vaxtında icra edir, heç vaxt gecikməsi olmur. Demək ki, həqiqətən də o həmin məbləğdə alimenti ödəmək iqtidarına malikdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o “Climber” mağazasında satıcı işləyir. Cavabdehin təqdim etdiyi fotoşəkillərki obyektlər ona məxsus deyil. Mağazalardan biri dostunun obyektidir. O, 350 manat maaş alır. Maddi vəziyyəti çox pisdir. Borc alaraq dolanışığını təmin edir. 15, 16, 18 yaşında üç övladı vardır. Atası xəstədir. Borc alaraq alimenti ödəyir ki, hər hansı məsuliyyətə cəlb olunmasın. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-437/2024 saylı qətnaməsi ilk iddianın təmin edilən hisssəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən qeyri-ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir işləyir, aylıq əmək haqqısı isə 350 manat təşkil edir. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X18 arasında nikah xx.xx.2004-cü ildə Əli-Bayramlı şəhər Nikah evində 93 № ilə qeydə alınmışdır, X18 nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmişdir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)- 146/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanında yaşayan İddiaçı hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı Cavabdeh doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X11 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 61 № ilə qeyd edilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur, ana qrafasında Cavabdeh, ata qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti “X36” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X16 Azərbaycan Dillər Universitetində Təhsil 1 fakültəsinin əyani şöbəsinin Xarici dil müəllimliyi ixtisasının 1-ci kursunda (ödənişli əsaslarla) tələbəsidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) sahibkarlı fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən dayandırılmış vəziyyətdədir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları İddiaçı tələbinə münasibətdə tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin edilməsi barədə yekun qənaətə gələrkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İddiaçı ilk iddiasının təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Habelə işdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)- 632/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)146/2023 saylı 07 fevral 2023cü il tarixli qətnaməsi xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanında yaşayan İddiaçı hər ay hər uşağa görə 250 manat, iki uşağa görə 500 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh qızına verilməsi hissəsində dəyişdirilərək alimentin məbləği hər uşağa görə 200 manat cəmi 400 manat olmaqla müəyyən edilmişdir ki, həmin işə baxılarkən İddiaçı ailə vəziyyəti hazırkı dövrdə olduğu kimi olmuş və alimentin məbləği müəyyən edilərkən məhkəmə tərəfindən nəzərə alınmışdır. Ancaq İddiaçı hazırda maddi imkanının aşağı olması barədə dəlilləri məhkəmə əsaslı hesab etmir. Qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-632/2023 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin azaldılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bundan əlavə, uşaqların gündəlik zəruri qida və digər ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq, uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. AM-in 22.2.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-437/2024 saylı qətnaməsi İddiaçı ilk iddiasının təmin edilən hisssəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda diqqətə çatdırır ki, hazırkı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-437/2024 saylı qətnaməsi İddiaçı ilk iddiasının təmin edilən hisssəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar