Məhkəmə qərarları › İş №2(032)-455/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-455/2023

06.03.2023 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-455/2023 06.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, X1 Borclu qarşı dayanacaq (icarə) müqaviləsi borclarının geri alınması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu dayanacaq (icarə) müqaviləsi üzrə 01 yanvar 2023-cü il tarixinə qədər 245 manat dayanacaq (icarə) müqaviləsi vergisi borcunun tələbkar Şirvan Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı madəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə qeyd edir ki, ərizəçi, ərizəyə Borclu mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi əlavə etsə də, həmin sənədin Borclu çatdırılmasına dair sənədi (poçt qəbzi və ya digər üsulla çatdırılmasına dair) ərizəyə əlavə etməmişdir. Sadalanan xüsusiyyətlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizənin qəbulundan imtina olunmaqla ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: X1 Borclu qarşı dayanacaq (icarə) müqaviləsi borclarının geri alınması barədə məhkəmə əmrinin çıxarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar