Məhkəmə qərarları › İş №2(032)-464/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-464/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-464/2023 01.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 mart 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər biri üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci il tarixdə ailə həyatı qurub elə həmin ildə də nikahlarını isə rəsimləşdirmişlər. Cavabdehla birgə nikahdan 14 mart 2008-ci il tarixdə X5 və 17 dekabr 2012-ci il tarixdə X4 adlı iki nəfər uşaqları doğulmuşdur. Hal-hazırda həmin uşaqlar sağ salamat olmaqla onun himayəsində yaşayırlar. Ramil ona və uşaqlarına bir ailə kimi baxmır, hazırda o iki uşaqları saxlamaqda çox çətinlik çəkir,uşaqların atası heç bir maddi yardım göstərmir.Bundan başqa ayrıldıqları vaxtdan Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərməmişdir. Özü işləmir, iki nəfər uşaqların saxlanması üçün maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh isə könüllü olaraq aliment ödəmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığından iddia tələbi ilə bağlı yazılı izahatı məhkəməyə daxil olmuşdur. Cavabdeh ərizə göndərərək aliment tələbi razı olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(032)-42/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci ildə Əli-Bayramlı şəhər VVADQ şöbəsində bağlanmış 530 saylı nikah qeydinin pozulması, onların birgə nikahından anadan olmuş 14 mart 2008-ci il təvəllüdlü X5 və 17 dekabr 2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(032)-42/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı nikah Şirvan şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 30 mart 2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 07 ayının 28 günündə 115 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Əhmədov” qadına isə “Baxışova” soyadı verilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin” surətindən görünür ki, 14 mart 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2012ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(032)-82/2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən çəxs qismində cəlb edilmiş Cavabdeh barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 11 fevral 2021-ci il tarixdə pozulmuşdur. Birgə nikahdan 14 mart 2008-ci il təvəllüdlü X5 və 17 dekabr 2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi ilə nikah pozularkən aliment hissədə iddia baxılmamış saxlanılmışdır. Uşaqlar hal-hazırda iddiaçının yanında yaşayırlar. Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır və o aliment tələbi ilə razı deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh uşaqların saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alıb, hesab edir ki, Cavabdeh 03 mart 2023-cü il tarixdən başlayaraq 14 mart 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, qətnamə dərhal icra edilməli, bununla da iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1200 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32 manat dövlət rüsumu cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı:AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 mart 2023-cü il tarixdən başlayaraq 14 mart 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 32 manat dövlət rüsumu Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı:AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar