Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-471/2024 15.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(032)-132/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından 31 iyul 2009-cu il təvəllüdlü X13 və 22 sentyabr 2014-cü il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur. Ailə nikah münasibətləri bir müddət yaxşı olsada, sonradan ailə nikah münasibətləri pisləşdiyi üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-132/2019 saylı qətnaməsi ilə aralarında nikah akt qeydinin pozulması, rəsmi nikahlarından olan 31 iyul 2009-cu il təvəllüdlü X13 və 22 sentyabr 2014-cü il təvəllüdlü X14 ananın himayəsində saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq 31 iyul 2009-cu il təvəllüdlü X13 va 22 sentyabr 2014-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay həm qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında, həm də hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qanuni qüvvədə olan və hazırda icra edilən məhkəmə qətnaməsi üzrə ödənilən aliment həddindən artıq azdır. Ona görə ki, 31 iyul 2009-cu il təvəllüdlü X13 və 22 sentyabr 2014-cü il təvəllüdlü X18 hazırda məktəbli olmaqla təhsil alırlar. Bundan başqa iş üzrə cavabdeh X15 uzun müddətdir ki, işdən cıxıb, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Makler kimi aylıq 1500-2000 manat qazanc əldə edir. 31 iyul 2009-cu il təvəllüdlü X13 və 22 sentyabr 2014cü il təvəllüdlü X18 təhsil alırlar. Uşaqların hər biri təhsil aldıqları üçün onların gündəlik, aylıq və illik təlabatı hamıya bəllidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, hazırda mühafizəçi işləyir. “Barkod” satış mərkəzindən kredit xətti ilə telefon almış və hər ay 70 manat kredit verir. X1 hazırda xəstədir və anasına köməklik edir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün hazırda idarə etdiyi “Hyundai Tucson” markalı maşınını alarkən 5000 manat borc almış və həmin borcu hər ay 200 manat olmaqla ödəyir. 2020-ci ildə X9 ilə ailə həyatı qurmuş və həmin nikahdan 1 övladı dünyaya gəlmişdir. Uşağına özü baxır və İddiaçı ilə nikahdan dünyaya gəlmiş övladlarına hər ay 285 manat aliment ödəyir. Hazırda Xaçmaz rayonu, Xudat şəhərində kirayə ev tutaraq yaşayırlar. X5 da 1-ci nikahından olan qız övladı da onlarla birlikdə yaşayır. Hər ay 250 manat kirayə haqqı ödəyir. Hər ay ortalama olaraq qazdan istifadə etdikləri üçün 50 manat qaz qəbzi gəlir. İşıqdan istifadə etdiyi üçün hər ay 15 manat qəbz gəlir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-132/2019 saylı qətnaməsi ilə iddiaçı X6 Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan 31 iyul 2009-cu il tarixdə anadan olmuş X7 və 22 sentyabr 2014-cü ildə anadan olmuş X16 anası X6 yanında qalmaları müəyyən edilməsi, Cavabdeh 26 oktyabr 2018-ci il tarixdən başlayaraq 31 iyul 2009-cu il tarixdə anadan olmuş X7 və 22 sentyabr 2014-cü ildə anadan olmuş X12 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay həm qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, həm də hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. Cavabdeh ilə X6 birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X11 (15 yaş) və xx.xx.2014-cü il təvəllüdlü X19 (10 yaş) adlı uşaqları anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikah Quba Regional “ASAN Xidmət” X10 xx.xx.2020-ci il tarixdə, 793 nömrə ilə qeydə alınmışdır. Cavabdeh ilə X5 birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X20 (3 yaş) adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi M.B.İsrailov adına 18 nömrəli Təbiət, Humanitar Təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli, 07 nömrəli arayışında göstərilmişdir ki, X2 şəhəri, M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin 9 d sinfində və X19 isə 3 z sinfində oxuyurlar. AZEMİS elektron portaldan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də aptekçi vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. AZEMİS elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 420 manat təşkil edir. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş üzrə məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, hər iki tərəfin öz tələb və etirazlarında haqlı olduğu məqamlar mövcuddur. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Lakin artıq bildirdiyimiz kimi, məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, cavabdeh ikinci dəfə ailə qurub və himayəsində 2021-ci il təvəllüdlü övladı var. Təbii ki, məhkəmə iddiaçı ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi cavabdehin ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşağının mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Lakin cavabdehin iddianın təminini istisna edən hal kimi 3-cü uşağının da olmasını, kredit öhdəliklərinin mövcud olmasını, yaşadığı evə dair kommunal xərcləri ödəməsini bildirməsini – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-132/2019 saylı qətnaməsi ilə 31 iyul 2009-cu il tarixdə anadan olmuş X7 və 22 sentyabr 2014-cü ildə anadan olmuş X12 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay həm qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, həm də hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya, 51 manat 0.20 qəpik cavabdehdən alınaraq dövlət nəfinə verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-132/2019 saylı qətnaməsi ilə 31 iyul 2009-cu il tarixdə anadan olmuş X7 və 22 sentyabr 2014-cü il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay həm qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, həm də hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, 31 iyul 2009-cu il təvəllüdlü X7 və 22 sentyabr 2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şirvan şəhəri, İ.Qayıbov küçəsi ev 40 qeydiyyatda olan xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuş Cavabdeh hər uşağa görə hər ay 150 (bir yüz əlli) manat, iki uşağa 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh məhkəmə xərcləri kimi 50 (əlli) manat pul İddiaçı, dövlət rüsumu kimi 56 (əlli altı) manat manat pul alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-471/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-471/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver