Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-474/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-731/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 12 may 2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat,cəmi 300 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər biri üçün 235 manat , cəmi 705 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 mart 2014-cü ildə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü ildə X8, xx.xx.2015-ci ildə X9 və xx.xx.2019-cu ildə X5 adlı üç övladı anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən Şirvan şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(032)-731/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(032)-731/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X6 Cavabdeh ilə Şamaxı rayonu PİHB-in Quşçu kənd İƏD-si üzrə üzrə nümayəndəliyində 18 mart 2014-cü ildə 04 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X1 iddiaçı X6 yanında qalması müəyyən edilmiş, Cavabdeh 12 may 2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü idə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği qismən icra edilmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Hazırda Şirvan şəhər Məhkəməsinin 17 sentyabr 2020ci il tarixli 2(032)-731/2020 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşaqların tələbatı üçün bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s.ilə uyğunlaşmır. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X2 atası Cavabdehdur . Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-731/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X6 Cavabdeh ilə Şamaxı rayonu RİHB-ın Quşçu kənd İƏD-si üzrə nümayəndəliyində 18 mart 2014-cü ildə 04 № ilə qeyd edilmiş nikahın pozulması , birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2019- cu ildə anadan olmuş X1 iddiaçı X6 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 12 may 2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X3, xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X7 verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, alimentin müvəqqəti tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadının ləğv edilməsi, aliment tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 390910 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X10 ilə nikahı Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)- 731/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 137 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Balakişiyev, qadına Ağayeva soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00158 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X16 X14 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında inşaat fəhləsi, ənənəvi materiallar vəzifəsində çalışmaqla 784 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 saxlanmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı , cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmamasını nəzərə alıb hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-731/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (450-300=150 manat, 150 x 12 = 1800 manat, 1800-1000=800; 800 x 1%= 8; 30+8=38) 1000 mantdan çox olduğundan, cavabdehdən 38 manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-731/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın . Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-474/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-474/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver