Məhkəmə qərarları › İş №2(032)-494/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-494/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-494/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya üçün ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X7 ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtlar münasibətləri normal olsa, sonradan pozulmuşdur. Bu səbəbdən Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-341/2024 saylı qətnaməsi ilə X7 ilə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X6 ananın himayəsində qalması, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 220 manat alimentin tutulması qət edilmişdir. Ancaq Rövşən hüseynov heç bir aliment ödəmir. Azərbaycandan çıxaraq Türkiyə Respublikasına getmişdir. Bundan sonra Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7895/2024 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 235 manat olmuşdur. Hazırda işləsə də, 220 manat əməkhaqqı alır. Bu da uşaqla dolanışığa çatmır. Hazırda şəraiti yaxşı deyildir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh hazırki məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7895/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-341/2024 saylı qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçıə Rəhman qızının xeyirnə tutulan alimentin miqdarı dəyişdirilərək artırılması, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsini əsas göstərməklə qeyd etmişdir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Odur ki, yetkinlik yaşına çatmayan uşağın atası aliment öhdəliyini icra etməkdən yayınaraq ölkə hüdudlarına getdiyini əsas gətirməklə nənəsi Cavabdeh aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X8 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Qeyd edilməlidir ki, ailə qanunvericiliyində uşaqların müstəqil subyekt kimi tanınması Konstitusiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın və digər beynəlxalq hüquqi aktların tələblərindən irəli gəlir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Həmin məcəllənin 15-ci fəslində olan 89-cu maddəsində qeyd edilmişdir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş və xx.xx.2024-cü il tarixli 2(011)-7895/2024 saylı qətnamə ilə müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, X7 ilə İddiaçı birgə nikahdan 25 mart 2016-cı il təvəllüdlü Zəhra adlı qızları anadan olmuş və həmin qətnamə ilə S.Hüseynovanın (Rəsulovanın) xeyrinə qız övladının saxlanması üçün 220 manat aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2(011)-341/2024 saylı qətnamədən görünür ki, Hüseynova (Rəsulova) Samirə Rəhman qızı ilə X7 arasında nikah pozulmuş və X1 və tərbiyə edilməsi üçün anası X5 yanında saxlanması qət edilmişdir. Ailə Məcəlləsinin 89-cu maddəsinin dispozitiv şərtlərindən də görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə və buna zəruri vəsaiti olan nənədən aliment almaq hüququna malikdirlər. İşin mübahisəsiz halı ondan ibraətdir ki, yetkinlik yaşına çatmayan Zəhra Hüseynova anası İddiaçı himayəsindədir və övladına baxmaq və onun qayğısında qalmaq həmçinin ananın borcudur. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh pensiya alır və onun pensiyası yaşa görə 487.52 manat təşkil edir. Məhkəmə hal-hazırda yaşayış minimumunun 2025-ci il üçün 232 manat olmasını, yaşını və pensiyanın 487 manat 52 qəpik məbləğində olmasını aydınlaşdıraraq həmin məbləğin aliment veriləcək qədər zəruri vəsait olması kimi hesab etmir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, (Hüseynova) İddiaçı "İctimai iaşə və xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” Publik hüquqi şəxsində müəllimə işləyir. Həmçinin məhkəmə X3 Azərbaycan Respublikasından çıxaraq Türkiyə Respublikasına getməsi faktını yetkinlik yaşına çatmayanın şəxsin öz valideynlərindən yardım ala bilməməsi əsası olaraq qeyd edilən maddənin dispozitiv şərtləri ilə uzlaşmadığı müəyyən edilir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyun 2016-cı il tarixli qərarı) Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə yetkinlik yaşına çatmayan uşaqların qayğısına qalmağın valideyn üzərinə qoyulan vəzifə olmasını, ananın xeyrinə atadan alimentin tutulmasını, ananın işləməsini, nənənin zəruri vəsaitə malik olmadığını, faktiki olaraq uşağın ananın yanında saxlanmasını və uşağın qayğısına qalmal; oldu]unu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar