Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-527/2025 06.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, K1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və pul tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 05 fevral 2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh 500 (beş yüz) manat pulun, qızılzinət əmlakının, onlar olmadığı halda dəyərinin və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsini tələb edir. MPM-nin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddia ərizəsində İddiaçı 500 (beş yüz) manat pulun, qızıl-zinət əmlakının, onlar olmadığı halda dəyərinin alınaraq ona verilməsi tələbini irəli sürmüş, lakin tələb edilən qızıl-zinət əşyalarının təsviri əlamətləri, çəkisi, əyarı və dəyəri göstərilməmişdir. Belə olan halda tələb qeyri-müəyyəndir. Beləliklə, məhkəmə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsində tələb edilən qızıl-zinət əşyalarının təsviri əlamətlərinin, çəkisinin, əyarının və dəyərinin göstərilməməsi ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddia ərizəsində alınması tələb edilən qızıl-zinət əşyalarının ümumi dəyəri göstərilmədiyindən iddianın qiymətini və ona uyğun olaraq ödənilməli olan dövlət rüsumunun miqdarını da müəyyən etmək mümkün olmamışdır. Halbuki, MPM-nin 111.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(032)-527/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-527/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver