Məhkəmə qərarları › İş №2(032)-563/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-563/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-563/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və pul” tələbinə dair müki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 500 (beş yüz) manat məbləğində pulun, qızıl-zinət əşyalarının, onlar olmadıqda onların dəyərinin və ödənilmiş məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirmədən 2017-ci ildə ailə qurmuşlar. Yaşadıqları müddət ərzində övladları olmamışdır. Bir müddət yaşadıqdan sonra cavabdehin ona qarşı hərəkətləri nəticəsində münasibətləri pozulmuş, sonradan cavabdeh onunla ailə qurmaq niyyətini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində olanda cavabdeh onu kirayədə yaşadığı kirayə evə dəvət edərək əxlaqsız hərəkətləri nəticəsində mübahisə etmiş, çantasında olan 500 manat pul vəsaitini və-istifadəsində olan qızıl-zinət əşyalarını götürməklə mənimsəmişdir. Lakin Cavabdeh tərəfindən ona qarşı əxlaqsız hərəkətlərinin verdiyi işgəncələr nəticəsində Şirvan şəhər Polis Şöbəsinə şikayət etmişdir. X6 adlı təhqiqatçısı araşdırma aparmışdır. Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılarkən cavabdeh ona nikahlarını rəsmi qeyd etdirməklə ailə quracağına vəd verərək şikayətindən imtina etməsini bildirdi və Şirvan şəhərinə dəvət etdi. O cavabdehdən dəfələrlə pulunu və qızıllarını tələb etsə də cavabdeh əmlakın qaytarılmasından imtina edir. Qızıl qadın üzükləri - 02 ədəd, 583 əyyarlı, ümumi 8 qram olmaqla 680 manat, Qızıl qadın üzüyü ağ qaşlı- 01 ədəd, 585 əyyarlı, 7 qram 520 manat Qızıl-zinət əmlakımın dəyəri 1200 manat təşkil edir. O dəfələrlə cavabdehdən pulunu tələb etsə də cavabdeh pulun qaytarılmasından müxtəlif bəhanələrlə yayınır. Cavabdehdən əmlakın alınmasını başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq Cavabdeh dəyəri 680 manat olan 2 ədəd 8 qram çəkidə 583 əyarlı üzükləri, dəyəri 520 manat olan 1 ədəd 7 qram 585 əyarlı ağ qaşlı üzüyü, həmin əmlaklar olmadıqda 1200 (bir min iki yüz) manat qızıl-zinət əşyalarının dəyərini,500 (beş yüz) manat pulun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianı müdafiə etdi, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianı müdafiə etdi, izahatına əlavə olaraq bildirdi ki, məhkəməyə bütün sübutların təqdim edilməsini nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək birdirdi ki, o iddiaçı ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Aralarında olan şəxsi münasibətlər zəminində bir neçə dəfə görüşmüşlər. O iddiaçıya qarşı heç bir fiziki zorakılıq etməmişdir. İddiaçının istinad etdiyi hal əsassızdır və iddiaçı istinad etdiyi halı təstiq edəcək sübutları iddia ərizəsinə əlavə etməmişdir. Onların arasında qızıl əşyalarına və pula dair heç vaxt söhbət olmamış, o pul və qızıl zinət əşyası görməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianın əsasız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışını dinləyib təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 23 oktyabr 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan X2 xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Ramil adlı şəxsin onunla ailə quracağın deyərək Şirvan şəhərinə gətizdirdiyini, daha sonra iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh öz istəkləri ilə cinsi əlaqədə olmuş və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən İddiaçı ilə zorla cinsi əlaqədə olması faktı öz izahatından başqa bir sübut növü ilə öz təsdiqini tapmamış, ona görə də toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. İşə əlavə edilmiş “Şirvan Ticarət Mərkəzi”nin zərgəri X1 arayışından görünür ki, 2 ədəd 8 qram çəkidə 583 əyarlı üzüklər 680 manat, 1 ədəd 7 qram 585 əyarlı ağ qaşlı üzük 520 manat bazar dəyərində qiymətləndirilir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı şəkildə təsvir olunan əldə tutulmuş iki ədəd çəhrayı rəngə oxşayan uzunsov formalı üzüklər və ağ rəngli üzüyə oxşar əşyalar kimə məxsus olması müəyyən edilməmişdir. Məhkəmədə təqdim edilmiş iki ədəd disk yazılarına baxış keçirilmiş, baxış zamanı disklərin birində tərəflərin arasında olan şəxsi münasibətləri əks etdirən səs yazılarından və digər diskdə isə instaqram sosial şəbəkəsindən çıxarış edilmiş yazışmalar və səs yazılarından ibarət olması müəyyən edilmiş, iddia tələbi ilə əlaqədar yəni qızıl-zinət və pul məbləği ilə bağlı heç bir danışıq və fotoşəkil müəyyən edilməmişdir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı 2017-ci il tarixindən Cavabdeh ilə şəxsi münasibətləri olmuşdur. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdehlə aralarında 22 sentyabr 2024-cü il tarixdə mübahisə düşmüş, cavabdeh tərəfindən ona qarşı fiziki zorakılıq və əxlaqsız hərəkətlər edilmişdir. Daha sonra cavabdeh onun çantasından ona məxsus üzükləri və 500 manat məbləğində pulları götürüb getmişdir. İddiaçı bununla bağlı hüquq muhafizə orqanına müraciət etdiyini bildirməsi səbəbindən məhkəmə tərəfindən Şirvan şəhər Polis şöbəsindən iddiaçının şikayəti əsasında toplanmış material istənilmiş, məhkəməyə 23 oktyabr 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı göndərilmişdir. Sözügedən qərardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Ramil adlı şəxsin onunla ailə quracağını deyərək Şirvan şəhərinə gətizdirdiyini, daha sonra iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh öz istəkləri ilə cinsi əlaqədə olmuş və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən İddiaçı ilə zorla cinsi əlaqədə olması faktı öz izahatından başqa bir sübut növü ilə öz təsdiqini tapmamış, ona görə də toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Beləliklə məhkəmə tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə polis şöbəsinə müracət edərkən Cavabdeh qızılları və pulları götürməsi barədə hər hansı bir məlumat vermədiyi, yalnız şəxsi münasibətlər zəminində şikayət etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə 1) tələb olunan əmlak mülkiyyətçiyə məxsus olmalı, 2) həmin əmlaklar özgəsinin qanunsuz sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, affirmanti,non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının və pulun cavabdeh tərəfindən aparılmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı iddianın predmeti olan qızıl-zinət əşyalarının və pul məbləğinin cavabdeh tərəfindən götürülməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, dəyəri 680 manat olan 2 ədəd 8 qram çəkidə 583 əyarlı üzükləri, dəyəri 520 manat olan 1 ədəd 7 qram 585 əyarlı ağ qaşlı üzüyü, həmin əmlaklar olmadıqda 1200 (bir min iki yüz) manat qızıl-zinət əşyalarının dəyərini,500 (beş yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair iddia təmin olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün 37 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar