Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-608/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, mediasiya sessiyası zamanı ödənilmiş iddia ərizəsinə qanunla nəzərdə tutlmuş məbləğdə rüsumun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə X2 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, belə bir nəticəyə gəlir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi və ya şəxsin Azərbaycan Respublikası Dövlət X7 9-cu maddəsinə əsasən rüsumdan azad edilməsini təsdiq edən sənədi əlavə etmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhəri, 20 Yanvar küçəsi, 16, Tel/ №/021/215-17-44, Faks:/021/215-17-44 hirvancourt.gov.az, e-mail: Elektron ünvan 2(032)-608/2023 06 aprel 2023-ci il Şirvan şəhəri, Energetik 9, mən 46 X5 Şirvan şəhər məhkəməsinin 2(032)-608/23 saylı, 06 aprel 2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə göndərilir. Qoşma: Şirvan şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova Surəti № 2(032)-1376/2022 «08» avqust 2022-ci il Şirvan şəhəri, H.Əliyev prospekti ev 3, mənzil 52 X3 Şirvan şəhər məhkəməsinin 2(032)-1376/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadına əsasən uşaqla ünsiyyət barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə göndərilir. Əlavə olaraq X4 əlaqə nömrələri və internet ünvanı bildirilir. (Əlaqə nömrələri: **********, **********, **********, internet ünvanı: mediasiya.org) Qoşma: Qərardad 01 (bir) vərəqədə, iddia ərizəsinin və şəxsiyyət vəsiqəsinin surəti, Nikah haqqında şəhadətnamənin surəti Şirvan şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ ____MÜLKİ _ İŞ № 2(032)-1115/2021 İddiaçı X1 _ Cavabdeh X6 qarşı _ «aliment və nikahın pozulması» barədə _ 1-ci instansiya məhkəməsinə Daxil olmuşdur: «29» iyul 2021-ci il Baxılmışdır: «29» iyul 2021-ci il Arxivə verilmişdir:
Məhkəmə qərarları › İş №2(032)-608/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-608/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver