Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-61/2023 28.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayeм Ceyhun Mustafa oğlunun sədrliyi, X17 ğlunun katibliyi, İlk iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Şirvan şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh X2 qarşı nikahın pozulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X8, 15 10 2010-cu ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X14 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər biri üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh birgə nikahlarında anadan olmuş uşaqların saxlanması ilə əlaqədar maddi cəhətdən koməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunericiliyin tələbinə əsasən mediatora müraciət etmişdir. Mediasiya prosesində tərəflər arasında barışıq əldə edilmədiyindən, mediasiya prosesinin keçirilməsəndən imtina edilmişdir. Lakin 2020-ci ildən etibarən cavabdehlə birgə təsərrüfat aparmadığından uşaqların saxlanmasında çətinlikləri vardır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır və uşaqlann saxlanması üçün heç bir zəruri maddi yardım göstərmir. Uşaqların butün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların da atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi də məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü valideyinlərinin himayəsində yaşamaqla, heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşağın saxlanılmasında maddi çətinlik çəkir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia üzrə iddiaçı X4 arasında bağlanmış 05 iyun 2009-cu ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 207 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı X4 ilə nikahları rəsmi olaraq Şirvan şəhər Qeydiyyat şöbəsində 05 iyun 2009-cu il tarixdə 207 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 03 övladları, xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X20 dünyaya gəlmişdir. Uşaqlar hal-hazırda ilkin iddiaçı X1 himayəsindədirlər və Zeynəbxanım Dəmirova hal hazırda valideynlərinin yanında yaşayır, ondan faktiki olaraq ayrı yaşayır və onların ailə münasibətləri formal xarakter daşıyır. Belə olduğu təqdirdə nikahın pozulması qarşılıqlı iddia tələbi ilə müraciət etmək zərurətindədir. Özü Şirvan şəhər Polis Şöbəsində ƏRQ-nın kiçik inspektoru vəzifəsində polis baş serjantı hərbi rütbəsində xidmət edir və aylıq 634.53 manat əmək haqqı alır. İlkin iddia üzrə iddiaçı Zeynəbxanım Yaşar qızı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X8, xx.xx.2010-cu ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X14 yetkinlik yaşına qədər saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) yarısı məbləğində həmçinin hər uşaq üçün 40 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək xx.xx.2009-cu ildə anadan olmuş X8, xx.xx.2010-cu ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X14 yetkinlik yaşına qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2009-cu ildə anadan olmuş X8, xx.xx.2010-cu ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X14 iddiaçı X1 himayəsinə verilməsinə etiraz etmədi, həmçinin uşaqların saxlanılması üçün hər bir uşağa ayda 100 manat olmaqla, cəmi 300 manat aliment ödəyə biləcəyini bu məbləğdən artıq ödəməyə maddi imkanın yol vermədiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında iddiaçı X4 Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu ildə anadan olmuş X8, xx.xx.2010-cu ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X14 onun himayəsində qalmasına etiraz etmədiyini, nikahın pozulmasına razı olduğunu, aliment olaraq hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat alimentin ona ödənilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında ilk iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş X15 bildirmişdir ki, o, böyüyəndə ədəbiyyat müəlliməsi olmaq istəyir. Valideynləri ayrı yaşayacağı halda o, anasının və bacı-qardaşı ilə bir yerdə qalmaq istəyir. Həmçinin valideynləri ayrı yaşasalar o, atasının yanına da gedib gələcək. Hazırda onu məktəbə atası aparıb gətirir. O və digər bacı və qardaşı ilə birlikdə atasıgilə gedib gəlirlər. Şirvan şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi X10 məsələnin həllini məhkəmənin mülahizə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən və qarşılıqlı qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 488944 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 207 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Dəmirova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X20 anadan olmuşdur. Onların anası X4, atası Cavabdehdur. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 305-34407-1222 nömrəli arayışdan görünür ki Cavabdeh X19 xx.xx.2013-cü il tarixdən polis serjantı hərbi rütbəsində xidmət edir və orta aylıq əmək haqqısı vergilər tutulduqdan sonra 634.53 manatdır. İş materiallarında olan Şirvan şəhər Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13- 111/2-9448/2023 nömrəli məktubunda Cavabdeh xx.xx.2023-cü il tarixdə öz arzusu ilə X13 xaric olunduğu qeyd edilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-8/2-224/2023 nömrəli rəyindən görünür ki, 10 yaşına çatmış xx.xx.2009-cu il təvəllüdlü X8 atası X6, xx.xx.2010cu il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X14 anaları X1 yanında qalmasını məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Göründüyü kimi Ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə nikahın pozulması ilə bağlı iddia tələbləri üzrə işlərə baxarkən araşdırılmalı hal olaraq, nikahın pozulması, birgə nikahdan olan uşaqların valideynlərdən hansının yanında qalması, uşaqların saxlanılması üçün alimentin hansı valideyindən tutulamlı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər və tərəflər nikahın pozulmasında israrlıdırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış olan nikah qeydi ləğv edilməlidir. Tərəflərin birgə nikahında olan uşaqların valideynlərdən hansının himayəsində qalması ilə bağlı məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X20 nikah pozulduqdan sonra anaları X1 himayəsində saxlanılmalıdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin “Qəyyumluq və himayəçilik Komisiyası”nın xx.xx.2023-cü il tarixli 5-8/2-224/2023 nömrəli rəyində xx.xx.2009-cu il təvəllüdlü X8 atası X6, xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X14 anaları X1 yanında qalmasını məqsədəuyğun hesab etsə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahında olan hər üç uşaq anaları X1 himayəsində saxlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2016-cı il tarixli 8-2 nömrəli qərarının 7.3-cü bəndində qeyd edilmişdir ki, “nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir”. Həmin qərarının 7.6-cı bəndində qeyd edilmişdir ki, “məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur”. Görünüdüyü kimi uşaqların valideynlərindən birinin yanında saxlanılması zamanı tək uşaqların fikri deyil, həmçinin onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar nəzərə alınmalıdır. Eyni zamanda tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarında, həmçinin Şirvan şəhər İcra Hakimiyyətinin “Qəyyumluq və himayəçilik Komisiyası”nda uşaqlardan biri xx.xx.2009-cu il təvəllüdlü X8 atasının yanında qalmaq istəyinin olmasını bildirməsi, lakin məhkəmə iclasında bacı-qardaşından ayrı qalmaq istəməmiş, anası ilə qalmaq istəməsi ilə bağlı fikrini bildirməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Ali Məhkəmənin plenumunun qərarının müdəalları, tərəflərin münasibəti və xx.xx.2009-cu il təvəllüdlü X8 fikri nəzərə alnımaqla hər üç uşaq anaları X1 himayəsində saxlanılmalıdır. İlkin iddia üzrə iddiaçının yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, ilkin iddia üzrə iddiaçı uşağın saxlanılması üçün hər ay, hər ay uşağa 220 manat alimentin tutulmasını tələb etsə də, qarşılıqlı iddia üzrə cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda ilk iddia üzrə iddaçı X1 məhkəməyə təqdim etmiş olduğu ərizəsində Cavabdeh tutulacaq alimentin hər uşağa görə 100 manat olmaqla, ümumilkdə 300 manat olmasına razı olması və bu barədə məhkəməyə ərizə təqdim etməsini, tərəflərin maddi və digər diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, hazırki halda ilkin iddia üzrə cavabdehdən uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan (100x12=1200) çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədəmüvafiqliyini izah edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı X1 xeyrinə hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. X4 ilə Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 207 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X20 nikah pozulduqdan sonra anası X1 yanında saxlanılsın. Məhkəmə həmçinin tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində (3 illik müddət) həll edilməsinin məqsədə müvafiqliyini izah edir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-61/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-61/2023
28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver