Məhkəmə qərarları › İş №2(032)-631/2025

Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-631/2025

20.02.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-631/2025 20.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızı , Kreditor X3 borclular X5 və Zamin qarşı borcun alınması üçün əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Kreditor X8 ərizə ilə məhkəməyə müraciət edərək borclular X2 və Zamin müştərək qaydada 500 (beş yüz) manat əsas borcun, 98 (doxsan səkkiz) manat cərimə borcunun və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, M.Ə. Rəsulzadə 23 A da yerləşən X1 məxsus mağaza onun xüsusi mülkiyyətindir və orada mövcud məişət avadanlığının satışını həyata kecirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər idarəsində qediyyyatda dayanaraq dövlətə vergi ödəyir. X9 19 aprel 2024-ci ildə rəsmi ərizə ilə onlara müraciət edərək, ümumi dəyəri 1000.0 (min ) manat olan 1 ədəd Hofman 109 (smart) 1000.0 (min) manat televizor, ilkin ödəniş ödəməmək ilə qrafikə uyğun olaraq 100.0 (yuz) manat, ödəmək şərti ilə 10 ( 10) ay müddətinə kreditlə götürmüşdür. Lakin bu günə kimi qaliq borcdan 500.0 ( beş yuz ) manat ödəniş edilmişdir. Buna əsasən 500.0 ( beş yüz ) manat əsas borc, 98.0 ( doxsan səkkiz ) manat dəbbə, ümumilikdə isə 598.0 ( beş yüz doğsan səkkiz) manat yaranmışdır. Araşdırma aparılıb sənədlər yoxlandıqdan sonra, yuxarıda qeyd edilən , 1 ədəd Hofman 109 (smart) 1000.0 (min) manat televizor olan, həmin şərtlə verilib. Bu barədə X9 ilə 19. aprel.2024-ci il tarixli “1046” saylı müqavilə imzalandı, Lakin, X9, 19 aprel 2024-ci il tarixdən bu günə kimi qaliq borcdan, 500.0 (yüz ) manat ödəniş edilmişdir. Nəticədə kredit müqaviləsinin tələblərinə əsasən 500.0 ( beş yüz ) manat əsas borc, 98.0 ( doxsan səkkiz ) manat dəbbə, ümumilikdə isə 598.0 (beş yüz doxsan səkkiz ) manat əbləğində borc yaranmışdır. Bu barədə borcluya və zaminlərə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Borclular borcunu ödəməkdən boyun qaçırdığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əlavə edilmiş müqavilə və müqavilənin şərtlərindən göründüyü kimi, hazırki öhdəliyin təminatı kimi çıxış etmiş zamin X9 ilə birlikdə kreditor X7 qarşısında eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsində kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Aidiyyət məsələsinə gəldikdə məhkəmə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatinə əsasən Şirvan şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin məcəllənin 40.3-cü Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, əmrin verilməsi ilə bağlı kreditor tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmri təmin edildiyindən kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borclulardan tutularaq kreditora ödənilməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, kreditorun tələbi əsaslıdır və tam şəkildə təmin edilməlidir. Yuxarıda gösdərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 281-284cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: Borclular xx.xx.1983-cü ildə Qazı-Məmməd (indiki ünvan 1 ünvanında qeydiyyatda olan X2 (FİN: xxxxxxx ) və xx.xx.1985-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Zamin (FİN: xxxxxxx) müştərək qaydada 500 (beş yüz) manat əsas borc, 98 (doxsan səkkiz) manat cərimə borcu, cəmi 598 (beş yüz doxsan səkkiz) manat məbləğində pul və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq kreditor X6 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar